Nailə Əkbərova vəfat etdi
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tanınmış telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib.
"Cebheinfo.az" xəbər verir ki, telejurnalistin vəfatı barədə məlumatı onun yaxınları təsdiqləyiblər.
Qeyd edək ki, Nailə Ənvər qızı Əkbərova 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. Peşəkar fəaliyyətinə 1981-ci ildə Azərbaycan Dövlət Televiziyasında başlayan Nailə Əkbərova uzun illər televiziya sahəsində çalışıb.
1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə "Space" telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə "TRT" telekanalında fəaliyyət göstərib.
O, "TRT Avaz" kanalında yayımlanan "Qafqazlara əsən yellər" proqramının müəllifi, rejissoru və aparıcısı kimi tanınıb. Nailə Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandır./Oxu.az
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 02 Yanvar 2026 01:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















