Naməlum şəxslər TacMahalı partlatmaqla hədələyiblər
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Hindistanın Uttar Pradeş əyalətinin regional turizm idarəsinə Aqra şəhərində Tac-Mahalın məşhur ağ mərmər məqbərəsini partlatmaqla hədələyən elektron məktub gəlib.
Azpost.info xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, mesaj dərhal polisə çatdırılıb və təhdidin yalan olduğu üzə çıxıb.
“Bomba zərərsizləşdirmə qrupu və itlər yoxlama üçün Tac-Mahala gəliblər və binada şübhəli heç bir şey tapılmayıb”, – məlumatda deyilir.
Tac-Mahal məqbərəsi 17-ci əsrdə imperator Şah Cahanın əmri ilə onun mərhum həyat yoldaşı Mümtazın şərəfinə tikilib. Hindistanın ən məşhur memarlıq quruluşu hesab olunan məqbərə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və dünyanın yeddi yeni möcüzəsindən biridir.
Azpost.info
Baxış sayı:106
Bu xəbər 03 Dekabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















