Icma.az
close
up
RU
Naqasakiyə rekord sayda nümayəndə heyəti gedəcək

Naqasakiyə rekord sayda nümayəndə heyəti gedəcək

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaponiyanın Naqasaki şəhərinin bombalanmasının 80-ci ildönümünə həsr olunmuş anım mərasimində tədbir tarixində ən çox sayda nümayəndə heyəti iştirak edəcək. 

Qaynarinfo xəbər verir ki, 107 ölkənin nümayəndə heyəti iştirak edəcəklərini açıqlayıb. 100 iştirakçı ilə sonuncu rekord 2024-cü ildə olub.

Naqasaki meri Şiro Suzuki bildirib ki, Yaponiya ilə diplomatik əlaqələri olan bütün ölkələrin səfirlikləri tərəfindən dəvətlər alındıqdan sonra iştirakçıların ətraflı siyahısı açıqlanacaq. Suzuki "Jiji Press" xəbər agentliyinə deyib: "Hesab edirəm ki, Naqasakinin istəkləri gerçəkləşdi. Biz dünyanın hər yerindən olan insanlarla dünyada davamlı sülhə olan ümidimizi və atom bombası qurbanlarına rəğbətimizi bölüşməyə hazırlaşırıq".

Rusiya səfirliyinin nümayəndələri sonuncu dəfə 2021-ci ildə Xirosima və Naqasakidə keçirilən mərasimlərdə iştirak ediblər. 2025-ci ilin iyununda səfirlik məlumat verib ki, fasilədən sonra ilk dəfə olaraq hər iki şəhərin administrasiyası diplomatik nümayəndəliyə dəvət göndərib. 

Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrev Rusiya mətbuatına verdiyi şərhdə Xirosimadan poçtla gələn dəvəti "reklam broşürü” adlandırıb. "Naqasaki şəhərinə gəlincə, şəhər nümayəndələri səfirliyimizə gələrək anım mərasimində iştirak etmək üçün Rusiya diplomatik missiyasının rəhbərinə ünvanlanmış və şəhər meri tərəfindən imzalanmış məktubu şəxsən təhvil veriblər”.

Avqustun 6 və 9-da Xirosima və Naqasakidə illik matəm tədbirləri keçiriləcək.1945-ci ildə ABŞ ordusu avqustun 6-da Xirosimada, 9-da isə Naqasakidə nüvə silahından istifadə edib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 İyul 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri