Narin Güran qətli işi üzrə hökm oxundu Ömürlük həbs edildilər
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Türkiyədə 8 yaşlı Narin Güranın qətli ilə bağlı iş üzrə hökm oxunub.
Yeniavaz.com xəbər verir ki, məhkəmə qərarına görə, “iştirak halında uşağa qarşı qəsdən adam öldürmə” ittihamı ilə saxlanılan müttəhimlər, Narinin anası Yüksel, qardaşı Enes və əmisi Səlim Güran Türk Cəza Məcəlləsinin 37/1, 82/1-d,e, 53/1 və 63-cü maddələrinə əsasən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.
Cinayət üzrə başqa bir şübhəli Nevzat Bəxtiyar “cinayət sübutlarını məhv etmək, gizlətmək və ya dəyişdirmək” maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, avqustun 21-də Diyarbakırın mərkəzi Bağlar rayonunun Tavşantəpə məhəlləsində itən Narin Güranın cansız cəsədi sentyabrın 8-də İleritutmaz dərəsində tapılıb. Hadisə qardaş ölkənin əsas gündəm mövzularından birinə çevrilmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın istintaqın ciddi şəkildə davam etməsi və hadisənin tam aydınlaşdırılması üçün məsələni yaxından izlədiyi bildirilib.
Bu mövzuda digər xəbərlər:Narin cinayətində SON MƏRHƏLƏ 4 şəxsə ÖMÜRLÜK HƏBS
06 Dekabr 2024 14:29
Narin Güran qətli ilə bağlı yenilik Dayının görüntüləri yayıldı
27 Noyabr 2024 23:13
8 yaşlı Narin Güran cinayəti ilə bağlı hökm AÇIQLANDI
23 Yanvar 2025 19:58
Narin Güran məhkəməsi yekunlaşdı: Cinayətkarların cəzaları AÇIQLANDI
29 Dekabr 2024 13:50
Narin Güran cinayəti ilə bağlı ikinci məhkəmə
25 Aprel 2025 02:02
Baxış sayı:127
Bu xəbər 29 Dekabr 2024 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















