Icma.az
close
up
RU
Naringinin faydaları nədir və onu necə seçmək lazımdır?

Naringinin faydaları nədir və onu necə seçmək lazımdır?

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naringi Yeni ilin əsas atributlarından biridir. Lakin müxtəlif çeşidlərin çoxluğu səbəbindən insanlar həmişə ən dadlı və keyfiyyətli meyvəni seçə bilmirlər.

Rusiyalı mütəxəssis, diyetoloq və nutrisioloq İrina Pisareva "Veçernyaya Moskva" nəşrinə açıqlamasında naringilərin faydaları və seçim zamanı diqqət edilməli məqamlar barədə danışıb.

İrina Pisarevanın sözlərinə görə, naringi dadlı olması ilə yanaşı, çoxsaylı faydalı xüsusiyyətlərə də malikdir.

"Naringilərin tərkibində zərərli birləşmələri neytrallaşdıran və təbii antidot hesab edilən çoxlu miqdarda limon turşusu var. Bu səbəbdən naringidə nitratlar yoxdur" ,- deyə mütəxəssis vurğulayıb.

Bu meyvənin tərkibində çoxsaylı vitaminlər və minerallar mövcuddur.

Diyetoloqun dediyinə görə, naringidə yüksək miqdarda C vitamini, yəni askorbin turşusu var. Bundan əlavə, tərkibində B və K qrupu vitaminləri, D və P vitaminləri də mövcuddur. Həmçinin naringidə kalsium, maqnezium və kalium kimi faydalı minerallar yer alır. Ən maraqlısı isə onun təbii antidepresan təsirinə malik olmasıdır.

Bununla belə, həkim xəbərdarlıq edib ki, naringi bütün faydalarına baxmayaraq, bəzi xəstəliklərdən əziyyət çəkən insanlar üçün təhlükəli ola bilər.

"Kəskin nefrit, hepatit, xolesistit xəstəlikləri, eləcə də mədə xorası olan şəxslər naringi yeməkdən çəkinməlidirlər. Bundan əlavə, tərkibində çoxlu şəkər olduğu üçün bu meyvə şəkərli diabet xəstələrinə də zərər verə bilər. Gündəlik 5-6 meyvədən çox yemək tövsiyə edilmir" ,- deyə Pisareva əlavə edib.

Mütəxəssis, həmçinin naringi seçərkən diqqət edilməli məqamları qeyd edib:

"Meyvənin bütövlüyünə diqqət yetirmək lazımdır, zədələnmiş olmamalıdır. Çeşiddən asılı olaraq, naringilər sıx və ya yumşaq ola bilər".

O, xüsusilə "Klementin" sortunun üstünlüklərindən bəhs edib:

"Bu sortdan olan naringilər toxunuşda daha möhkəm olur və askorbin turşusunun ən yüksək miqdarına malikdir. Bu səbəbdən "Klementin" sortunu almağı tövsiyə edirəm" ,- deyə Pisareva bildirib./Oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Noyabr 2024 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see282

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see213

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see183

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see121

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see118

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see117

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see117

Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı

05 İyun 2025 10:37see116

Cadugərlik min illərdir insanların həyatında olmuş bir anlayışdır İlahiyyatçı DANIŞDI

05 İyun 2025 10:34see115

Tramp və İlon Mask arasında münasibətlər gərginləşir

05 İyun 2025 07:31see114

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin etmək iqtidarındadır...

06 İyun 2025 00:17see114

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see113

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see113

Sürücülərin diqqətinə Sabahdan etibarən...

05 İyun 2025 10:46see113

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see113

Sakit okeanda 3000 avtomobil daşıyan yük gəmisi yanıb

05 İyun 2025 06:03see113

Selçuk Bayraktardan Azərbaycan PAYLAŞIMI

04 İyun 2025 23:38see112

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see112

Daha bir sual abituriyentlərin xeyrinə hesablanacaq DİM qərar verdi

05 İyun 2025 19:42see111

Sabiq ölkə prezidenti indi parkda işləyir Foto

04 İyun 2025 23:32see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri