Icma.az
close
up
RU
Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 6 iyun, AZƏRTAC

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biridir və Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır, adətən, üç gün davam edir. Bu il müvafiq tarix Miladi təqvimlə iyunun 6-na təsadüf edib. Mərasimlərdə, adətən, qoyun, keçi, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu gün ölkəmizdəki bütün məscidlərdə bayram namazı qılınır. Azərbaycanda bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə təşkil etdiyi 135 ünvanda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək.

Dini qurban kəsmə İbrahim peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Ona olan inamını yoxlamaq üçün Allah-taala İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl dindar kimi bu əmri yerinə yetirməyə, İsmayıl isə qurban olmağa hazır idi. Bu barədə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”də də yazılıb.

Öz sadiqliyini sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə aparır. Lakin onun inamını görən Allah-taala bunu öz elçisinə rəva bilmədiyindən qurbanlıq üçün ona qoç göndərir. Ona görə də Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

Din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Doğma balasını qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur.

Bu rəvayətin fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Özündə səxavət, halallıq və alicənablıq kimi keyfiyyətləri birləşdirən müqəddəs Qurban bayramı müsəlmanların sevgi, şəfqət və mərhəmətinin təzahür formasıdır.

Müqəddəs Qurban günündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət göstərən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq üç yerə bölünə bilər. Həmin payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanılması məsləhət görülür.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində, adətən, aztəminatlı ailələrə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.

Xalqımız beşinci ildir ki, Qurban bayramını Vətən müharibəsində Zəfər qazanmış qalib xalq kimi Qələbə ab-havasında qarşılayır və bu bayram işğaldan azad edilən bölgələrdə də qeyd olunur. Ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs bayram münasibətilə qurbanlar kəsirlər. Bu gün Qarabağda məscidlər bərpa edilir, minarələrdən azan səsi ucalır. Bu, ölkəmizin bütün vətəndaşlarında böyük qürur hissi doğurur.

Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində deyilir: “Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir.

Cəmiyyətimizdə humanizmi və xeyirxahlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhvali-ruhiyyə və təntənə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, saf niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.

Qurban bayramınız mübarək olsun!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyun 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see241

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see209

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see170

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see131

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see129

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

“İranda ailə qalmaqalı siyasi böhranı alovlandırdı: hakimiyyət həm daxili, həm də xarici düşmən axtarır“ İsrail mətbuatı

22 Oktyabr 2025 19:33see123

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri