Narkoman sürücü özünə xəsarət yetirməyə çalışdı 30 sutka inzibati HƏBS FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Sumqayıtda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.
Avtosfer.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Toyota” markalı, 77-EQ-595 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 44 yaşlı Vüsal Hüseynov saxlanılıb. Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından ona tibbi müayinədən keçmək təklif olunub. Lakin, V.Hüseynov məsuliyyətdən yayınmaq məqsədilə polisin qanuni tələbinə tabe olmayıb və özünə xəsarət yetirməyə çalışıb. Müayinə zamanı sürücünün narkotik vasitə qəbul edərək avtomobil idarə etdiyi aşkarlanıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Vüsal Hüseynov 30 sutka inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 17 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















