Icma.az
close
up
RU
Narkomaniya saxta lüksün qaranlıq kölgəsidir Gənclərimizi ağ ölümdən necə qoruyaq?

Narkomaniya saxta lüksün qaranlıq kölgəsidir Gənclərimizi ağ ölümdən necə qoruyaq?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uzun illərdir ki, narkomaniya təkcə ayrı-ayrı fərdlərin yox, bütövlükdə cəmiyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olaraq qalır. El arasında “ağ ölüm” adlanan bu bəla artıq gizlində deyil, açıq şəkildə, hər kəsin gözü qarşısında yayılır.

Təəssüf ki, son illər küçələrdə narkotik təsiri altında özünü idarə edə bilməyən, “zombiləşmiş” insanlarla daha tez-tez rastlaşırıq.

Görəsən, bütün maarifləndirmə kampaniyalarına, hüquq-mühafizə tədbirlərinə, dövlət və ictimai təşəbbüslərə baxmayaraq, bu bəla niyə artmaqda davam edir? Ən əsası isə gənclərimizi narkomaniyanın caynağından necə qoruyaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-la fikirlərini bölüşən psixoloq Ezgi Şahin bildirib ki, narkomaniyanın artma səbəbləri çoxşaxəlidir və bu, təkcə fərdi zəifliklə izah olunacaq məsələ deyil.

Onun sözlərinə görə, bəzən ailə içindəki münaqişələr, valideynlərlə yaşanan qarşıdurmalar gəncləri yanlış yollara sürükləyir. Gənclərin özünü təsdiq edə bilməməsi, ailədə sevgi və diqqət çatışmazlığı onları boşluq içində buraxır:

“Digər tərəfdən, sosial şəbəkələrdə nümayiş etdirilən saxta lüks həyat da ciddi təhlükə yaradır".

Ezgi Şahin: Depressiyanın ardınca isə çox hallarda narkotiklərə meyil yaranır

Onun sözlərinə görə, gənclər həmin həyatı özləri üçün əlçatmaz gördükcə dərin depressiyaya düşürlər:

"Depressiyanın ardınca isə çox hallarda narkotiklərə meyil yaranır. Onlar düşünürlər ki, narkotik ağrılarını azaldacaq, ruhlarını sakitləşdirəcək. Halbuki bu, yalnız müvəqqəti bir təsəllidən başqa bir şey deyil. Narkomaniyanın girdabına düşən insan həyatının mənasızlaşdığını zənn edir, günlərin birində ümidlərini itirir və gələcəksiz olduğunu düşünməyə başlayır. Ən acınacaqlısı isə odur ki, əksər vaxt peşmanlıq çox gec gəlir".

Müsahibimiz diqqətə çatdırıb ki, narkomaniyadan xilas olmaq isə uzun və ağrılı bir mübarizə tələb edir:

"Bu yolda insanın ən böyük dayağı onun öz istəyi və iradəsi olur. Heç bir güc insanın öz iradəsindən daha təsirli ola bilməz. Əgər insan içində xilas olmaq arzusu daşıyırsa, bu, böyük bir qələbənin başlanğıcıdır".

Həmsöhbətimizin sözlərinə görə, bu mübarizədə ailənin dəstəyi və cəmiyyətin yardımı mühüm rol oynayır. Çünki narkomaniyadan çıxış təkcə fərdi məsələ deyil, ictimai məsələdir. Cəmiyyət gənclərinə ümid verə bildikcə onlar xilas yolunu görə bilirlər. Ən əsası isə gənclər anlamalıdırlar ki, həyat yalnız sosial şəbəkələrdə gördüklərindən ibarət deyil. Həqiqi xoşbəxtlik isə saxta lüksdə deyil, sağlam və mənalı bir həyatda gizlidir.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Oktyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri