Icma.az
close
up
RU
Narkotiklə saxlanılanlar niyə tez azad olunur? Ekspertdən AÇIQLAMA

Narkotiklə saxlanılanlar niyə tez azad olunur? Ekspertdən AÇIQLAMA

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Bəzi hallarda narkotik maddələrin istifadəsi və ya dövriyyəsi ilə bağlı polis tərəfindən saxlanılan şəxslərin qısa müddət sonra azad olunması cəmiyyətdə birmənalı qarşılanmır.

Bu vəziyyət insanlarda çaşqınlıq yaradır və hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə suallar doğurur.

Belə halların baş verməsinin səbəbi nədir?

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov mövzunu  Gununsesi.info-ya belə şərh edib:

“Narkotik maddələrin istifadəsində və ya dövriyyəsində şübhəli bilinən şəxslər polis tərəfindən şübhəli şəxs qismində ərazi aidiyyatı üzrə bölmələrə gətirilir. Üzərində narkotik maddə aşkar olunan şəxslər barəsində Cinayət məcəlləsinin müvafiq maddələri ilə polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanılır, həbs qəti imkan tədbirinin seçilməsi isə yalnız məhkəmənin səlahiyyətindədir”.

Ekspert əlavə edib ki, üzərində maddə aşkar olunmayan, amma narkotik istifadəçisi olduğu müəyyən edilən şəxslər narkoloji mərkəzlərdə müayinədən keçirilir:

“Müayinə zamanı qadağan olunmuş maddə aşkarlanarsa, barəsində inzibati protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilir. Qanuna uyğun olaraq, məhkəmə həmin şəxslər üçün 300-400 manat cərimə, 15-60 gün inzibati həbs və ya məcburi müalicə tətbiq edə bilər”.

Emil Maqalovun sözlərinə görə, narkotik ittihamı ilə saxlanılan şəxslərin bir-iki gün sonra azad olunması polisin yox, məhkəmə sisteminin qərarı ilə bağlıdır.

“Azərbaycan qanunvericiliyinə görə, həbs qəti imkan tədbirinin seçilməsi və azadlığın məhdudlaşdırılması yalnız məhkəmənin səlahiyyətindədir”, – deyə ekspert əlava edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Avqust 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri