NASA nın kosmik aparatı tarixi məsafəyə çatdı 49 ildən sonra
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
NASA-nın 1977-ci ildə kosmosa göndərdiyi “Voyager 1” aparatı noyabrın 18-də Yerdən bir işıq günü məsafəsinə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.
Bildirilib ki, ən uzaq məsafəyə çatmış obyekt olan “Voyager 1” hazırda Yerdən təxminən 26 milyard kilometr uzaqlıqdadır. Bu, işığın 24 saat ərzində qət etdiyi məsafəyə bərabərdir. Beləliklə, Yerdən göndərilən siqnalın aparata çatması təxminən bir sutka, cavabın geri qayıtması isə daha bir sutka çəkir.
NASA-nın əməkdaşı Tiffani Katariya bu tarixi nailiyyəti kosmosun nə qədər nəhəng olduğunu göstərən ən yaxşı nümunələrdən biri adlandırıb.
Qeyd edək ki, 1977-ci ildə buraxılan “Voyager 1” və “Voyager 2” ulduzlararası fəzaya çatmış yeganə kosmik aparatlardır. Enerjiyə qənaət məqsədilə “Voyager 1”in kameraları və bəzi digər avadanlıqları söndürülsə də, aparat maqnit sahələri, kosmik qaz və toz hissəcikləri barədə məlumat toplamağa davam edir.
Hər iki aparatın göyərtəsində Yer kürəsinin səslərini, görüntülərini və bəşəriyyət haqqında məlumatları ehtiva edən “Qızıl plastinkalar” da yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 18 Noyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















