Icma.az
close
up
RU
Nasizm üzərində qələbəyə hansı dövlət daha böyük töhfə verib?

Nasizm üzərində qələbəyə hansı dövlət daha böyük töhfə verib?

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

ABŞ-nin 35-ci prezidenti Con Kennedinin məşhurlaşdırdığı bir ifadə var, deyir: “Qələbənin yüz atası olur, məğlubiyyət isə yetimdir”.

Tribunainfo.az xəbər verir ki, bu günlərdə ABŞ-nin sıraca 47-ci, şəxsiyyət olaraq 45-ci prezidenti olan Donald Tramp sələfinin sözlərinə qüvvət verirmiş kimi sözlər danışıb. O, ölkəsinin nasist Almaniyası üzərində qələbəyə hamıdan çox töhfə verdiyini, qələbəyə nail olmaq üçün “heç bir ölkənin bundan artıq iş görmədiyini” deyib.

Adam bu iddiasında haqlıdırmı? Müəyyən qədər haqlıdır, amma “hamıdan çox töhfə vermək” məsələsi mübahisəlidir.

Doğrudan da Hitler Almaniyasının tabutuna çalınan 4 mismardan birini ABŞ çalıb. Digər üç mismarın birini SSRİ, birini Böyük Britaniya, dördüncüsünü isə yerdə qalan ölkələr vurub. Mismarların ABŞ istehsalı olmasıyla razılaşmaq olar.

“Yerdə qalan ölkələr” dedikdə başda Fransa müqavimət hərəkatı olmaqla Yuqoslaviya partizanları, İtaliya üsyançıları, eləcə də Avropanın digər ölkələrində nasistlərə qarşı sabotajla, casusluqla məşğul olan qüvvələr nəzərdə tutulur.

Hətta məşhur “Nürnberq prosesi”ndə qalib müttəfiqlərin bayraqları divardan asılarkən, təşkilatçılar Fransanın da qələbədə pay sahibi olduğunu nəzərə alaraq, flaqştokun bir küncündən onun da bayrağını da pərçim ediblər ki, ədalətsizlik olmasın.

Başda “1 nömrəli hərbi cani” Herman Görinq olmaqla nasist canilər məhkəmə prosesində onları ittiham edənlərin sırasında Fransanın təmsilçilərini görəndə ironiya ilə deyiblər: “Bunlar burada nə gəzir?”
Nasistlər Fransanın Almaniyaya cəmi 44 günə təslim olduqlarını nəzərdə tutaraq fransızlara lağ ediblər, ancaq Şarl de Qollun rəhbərlik etdiyi müqavimət hərəkatının nasistlərə qarşı müharibədəki roluna önəm verməyiblər. Həqiqət isə budur ki, Fransa II dünya müharibəsində Hitlerə asanlıqla təslim olsa da, çox sayda fransız təslim olmayıb, müqaviməti davam etdiriblər.

Böyük Britaniyanın nasist Almaniyası üzərində qələbədəki payından çox danışmaq olar. Əslində müharibənin başlanğıcından Hitlerin əsas düşməni Böyük Britaniya olub. O düşünüb ki, Londonu götürməyin yolu əvvəlcə SSRİ-ni məğlub etməkdən, beləliklə, dumanlı adanı hər tərəfdən mühasirəyə almaqdan keçir. SSRİ-nin ciddi müqaviməti bu planı pozub. Ona görə ki, Böyük Britaniya Hitlerin niyyətini bildiyi üçün SSRİ-yə var qüvvəsi ilə kömək edib.

ABŞ və Böyük Britaniyanın SSRİ-yə köməyi, söz yox ki, misilisiz olub. Hətta cəsarətlə və obyektivlikdən uzaq olmadan demək olar ki, ABŞ və BöyüK Britaniyanın köməyi olmasa, sənayesi inkişaf etməmiş, aqrar ölkə olan SSRİ qısa müddət ərzində toparlanaraq Hitlerə müqavimət göstərə, müharibədə qalib gələ bilməzdi.

SSRİ nasizm üzərindəki qələbə üçün ABŞ və Böyük Britaniyaya, onlar da SSRİ-yə borcludur. Çünki onların arasında qeyri-rəsmi şəkildə “pul, silah-sursat, ərzaq bizdən, canlı qüvvə sizdən” anlaşması olub. O iki qardaş ölkə Berlinə bayraq sancmaq işinə maddi planda töhfə veriblərsə, SSRİ müharibədə hamıdan artıq canlı insanı (26) milyon qurban verib.

Görünür, elə buna görə hazırda Rusiya rəhbərliyi də qələbənin əsas atası olaraq özünü göstərir. Bu zaman artıq “sovet xalqı” istilahı da arxa plana keçirilir, önə rus kimliyi, “rus döyüşçülər” faktoru çıxarılır. Bu, hətta bir xeyli mifləşdirilib. Məşhur “ruslar təslim olmur, əsir düşmür” ifadəsi dövriyyəyə nahaq yerə buraxılmayıb. Əslində isə II dünya müharibəsində ruslar hamıdan çox əsir düşüblər. Sovet generalları və polkovnikləri komandanlıq etdikləri diviziyaları, briqadaları diricə almanlara təhvil veriblər, hətta Moskvaya qarşı vuruşublar. Bunların arasında Serafim Nikolyaev, Boris Rixter, Markis Salihov, İvan Alekseyev, Aleksandr Bondovski, Nikolay Qoltsev, Sergey Oqurtsov, Pavel Sısoyev, Pyotr Sirulnikov, Andrey Vlasov kimi 81 general olub.

Onlardan 3 nəfərin taleyi bəlli deyil, 6 nəfər əsirlikdən qaçıb, 28 nəfər əsirlikdə həlak olub, əsirlikdən azad olandan sonra 22 nəfərin hüquq və rütbələri bərpa olunub, 22 general vətən xaini kimi güllələnib, 2 nəfər həbsxanada həlak olub, daha 2 nəfər həbs cəzası çəkib azadlığa çıxandan sonra bəraət alıb. Əsir düşən polkovniklərin, mayorların isə sayı-hesabı olmayıb. Hanı, bəs ruslar əsir düşmürdü?

Ayrıca alman nasistləri üzərində qələbədə rus millətindən olan komandir və döyüşçülərin rolunu qabartmaq digər 11 müttəfiq respublikadan (Azərbaycandan Ukraynaya, Qırğızııstandan Belarusa qədər) olan milyonlarla döyüşçünün haqqına girməkdir.

ABŞ dövləti isə qanlı müharibəyə 1944-cü ildə, artıq müharibənin bitməsinə 11 ay qalmış qoşulub, ikinci cəbhə açıb, vuruşub. Söz yox, bu da müharibənin taleyində həlledici rol oynayıb.

O boyda ABŞ II dünya müharibəsində 417 min hərbçi itirib. Təkcə Azərbaycandan müharibəyə 681 min nəfər gedib. Onlardan 300 mini həlak olub. Belə götürəndə ABŞ-nin müharibədə itkisi Qafqaz ölkələrinin toplam itkisindən az olub.

İndi Tramp deyir ki, heç kim bu müharibədə bizə güc, cəsarət və ya hərbi bacarıqda tay olmayıb.
Əslində isə nasizm üzərində qələbədə Hitlerə qarşı döyüşmüş hamının payı var. SSRİ Hitlerin qarşısına 34,5 milyonnluq ordu çıxarmasaydı, ABŞ müharibədə qalib gələ, qaliblər sırasında ola bilməzdi.

Uzun sözün qısası, heç bir dövlətin rəhbəri “nasizm üzərində qələbədə ən böyük rol bizim olub” deyə, özünü ön olana çıxara, başqasının haqqını yeyə bilməz. Bu qələbənin atası çoxdur. Bizimkilər də o sıradadır.

Araz Altaylı, Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 May 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri