Natiq Bağırov: Hesab edirəm ki, cüdoçularımız AÇ də yaxşı çıxış etdilər Gürcüstandan VİDEO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov Tbilisidə keçirilən Avropa çempionatında yığmanın çıxışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis qızıl medal qazanılmamasına baxmayaraq, komandanın yaxşı nəticə göstərdiyini bildirib: "Medal qazananların hamısı çox güclü cüdoçulardır, onların yalnız medallarının rəngi və dəyəri dəyişir. Onlar hər il daha yaxşı çıxış etməyə çalışırlar. O cümlədən bizim idmançılarımız da, mənim fikrimcə, çox yaxşı çıxış etdilər".
Bağırov növbəti hədəflər barədə də danışıb: "Biz çalışacağıq ki, oktyabrda Bakıda keçiriləcək dünya çempionatında daha yaxşı çıxış edək. Yəqin ki, bizə doğma divarlar da kömək edəcək".
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatını 4 medalla başa vurub: Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 19 Aprel 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















