Icma.az
close
up
RU
Natiq Cəfərli Milli Bankın sədri ilə görüşüb

Natiq Cəfərli Milli Bankın sədri ilə görüşüb

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Natiq Cəfərli
"Dünən günün ikinci yarısında Mərkəzi Bankın rəhbəri hörmətli Taleh Kazımovun bir neçə iqtisadçı ilə növbəti görüşü oldu. Belə müzakirələrin ənənəyə çevrilməsi sevindiricidir, bunun üçün Mərkəzi Bankın komandasına təşəkkür edirəm".
Reyting.az
xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli deyib.
N. Cəfərli bildirib ki, görüşdə çox açıq fikir mübadiləsi olub, Mərkəzi Bankın bir çox məsələlərlə bağlı mövqeyini birbaşa qurumun rəhbəri səsləndirib:
"Suallarımızı verdik, razı olmadığımız məqamları bildirdik. Taleh müəllimin söhbət zamanı bir neçə dəfə, “Mərkəzi Bank inzibati alətlərdən istifadə etmək istəmir, salahyyətləri çərçivəsində iqtisadi alətlərə üstünlük verir”, - fikrini bəyəndim. Dövlət qurumu olan Mərkəzi Bankın belə yanaşmasını hökumət qurumları da mənimsəsə, yaxşı olar.
Mərkəzi Bank iqtisadi alətlərlə bazara müdaxilə edib gözlədiyi reaksiyanı ala bilmir, çünki hökumət orqanları bazar iqtisadiyyatı məntiqi ilə davranmağı unudublar, onların əsas aləti inzibati müdaxilələr, sərt tənzimləmə mexanizmlərinin tədbiqidir. Bu gün Avropa Birliyi ölkələrində iqtisadi geriləmənin əsas səbəblərindən biri “over regulation”, aşırı tənzimləmədir. ABŞ-a və Çinə həm də buna görə uduzurlar".
N. Cəfərli deyib ki, görüş zamanı bir neçə məsələni qaldırıb:
"Mərkəzi Bankın həftəlik valyuta hərracları nəticələrinin 1 aydan çoxdur ki, açıqlamamasını doğru saymıram. Taleh müəllim kifayət qədər arqumentli izah etsə də, düşünürəm ki, bu qərar bazarda ajiotajı azaltmır, əksinə, artırır. Bəli, dolayı rəqəmlərlə zatən hər ay nə qədər valyuta satıldığı, bir il ərzində Neft Fondunun nə qədər dollar satacağı da öncədən bilinir, bu həcm dəyişmir, amma, düşünürəm ki, həftədə 2 hərrac haqqında hər yeni həftənin 1-ci günü ümumi məlumat dərc olunsa, yaxşı olar.
İkincisi, Maliyyə Nazirliyinin ehtiyat büdcə vəsaitini banklara 3 aylıq depozitə qoyması məsələsini də qaldırdım, yeni, doğru yanaşmadır, amma, problem odur ki, bu vəsait 3-4 iri, sistemyaradan banklara yerləşdirilir, kiçik banklar rəqabətdə daha da geri düşür.
Üçüncüsü, ölkədə vətəndaşlar arasında xarici birjalarda qiymətli kağızların alqı-satqısı getdikcə populyarlaşır, amma bu fəaliyyətin vergi ayağı doğru tənzimlənmir, vergi insanlara problem yaradır, buna görə də, bizim treyderlər xarici banklara üz tutub onların online bankçılığı platformalarından istifadəyə üstünlük verirlər.
Taleh müəllim ölkədə cəmi 150 min vətəndaşın əmanət hesabının olduğunu dedi. Bu, ölkəmiz üçün çox kiçik rəqəmdir, amma nəticədir, səbəblər bank sektoruna güvənin hələ tam təsis olunmaması, gizli iqtisadiyyatın miqyasının böyük olması və insanların rəsmi rəqəmlərin yaxşı göstərilməsinə rəğmən daha kasıb olmasıdır”.
N. Cəfərli bank kredit faizlərinin yüksək olmasının və manatın gələcəyinin də müzakirə olunduğunu qeyd edib: “Aldığımız siqnal belədir ki, nə Mərkəzi Bank, nə də hökumət yaxın-orta vadədə manatın məzənnəsinin dəyişməsini istəmir, inzibati-sabit məzənnə rejimini saxlamağı düşünürlər".
V. QULİYEV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Aprel 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see467

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see269

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see249

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see235

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see234

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see233

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see229

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see220

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see213

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see208

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see207

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see205

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see199

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see196

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see196

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see192

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see188

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see186

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri