Natiq Şirinov 35 min təzminat alacaq Foto
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xalq artisti Natiq Şirinov ritm qrupunun keçmiş üzvü Ramil Cahangirovla bağlı məhkəmədə ikinci hüquqi qələbəsini qazanıb.
Axşam.az xəbər verir ki, uzun müddətdir davam edən çəkişmənin növbəti qərarını sənətçi sosial şəbəkə hesabında açıqlayıb:
"Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.05.2026 tarixli qətnaməsi ilə Xalq artisti Natiq Şirinovun “Qavaldaş nağara” maketi üzrə müəlliflik hüquqlarının pozulduğu təsdiq edilmişdir.
Qətnaməyə əsasən, müəllif hüquqlarının pozulmasına görə cavabdeh tərəfdən 25.000 AZN kompensasiya və 10.000 AZN mənəvi zərər olmaqla, ümumilikdə 35.000 AZN məbləğin ödənilməsi müəyyən edilmişdir.
Bu, “Qavaldaş nağara” maketi ilə bağlı ikinci hüquqi qələbəmizdir. “Qavaldaş” təbii qaya alətidir. “Qavaldaş nağara” maketi ise Natiq Şirinovun müəlliflik hüququ ilə qorunan səhnə maketidir. Bunlar eyni deyil".
Xalq artisti həmçinin ölkə rəhbərliyinə və Əqli Mülkiyyət Agentliyinə də təşəkkürünü bildirib:
"Azərbaycan mədəniyyətinə, milli irsimizə, sənətə və sənətkara hər zaman göstərdikləri diqqətə, dəstəklərini əsirgəmədiklərinə, Əqli Mülkiyyət Agentliyinin yaradılmasına və hüquqlarımızın beynəlxalq səviyyədə müdafiəsi üçün yaradılan imkanlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.
Həmçinin əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində görülən işlərə görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə, Agentliyin İdarə Heyətinin sədri cənab Kamran İmanova və bütün heyətə təşəkkür edirik. Bu qərar təkcə bizim üçün deyil, sənətə, müəllif əməyinə və hüquqa hörmət edən hər kəs üçün vacib nümunədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 02 İyul 2026 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















