NATO admiralı Rusiyanın planını açıqladı Hədəfdə Azərbaycan da var
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiya SSRİ-yə daxil olan bütün ölkələri yenidən ələ keçirməyə çalışır, buna görə də təhlükə yalnız Baltikyanı ölkələrlə - Latviya, Litva və Estoniya ilə məhdudlaşmır”.
Turkustan.az xəbər verir ki, bunu NATO admiralı Cüzeppe Kavo Draqone deyib.
Admiral hesab edir ki, Rusiya bu məqsədlə hərbi gücünü artırmağa davam edəcək və NATO üçün bir nömrəli təhlükə olaraq qalır.
“Rusiya Ukraynada olduğu kimi birbaşa işğal ssenarisinə qayıda bilərmi” sualına cavab verən Draqone bildirib ki, artıq hibrid və qeyri-ənənəvi təhdidlər mövcuddur və gələcəkdə də davam edəcək.
“Rusiyanın SSRİ-nin dağılmasından əvvəlki dövrü geri qaytarmağa çalışacağını gözləmək olar. Ona görə də kimin hədəf ola biləcəyini anlamağı sizə buraxıram”, - NATO admiralı vurğulayıb.
Baltikyanı ölkələri nəzərdə tutub-tutmadığı soruşulduqda Draqone “yalnız onlar yox” cavabını verib.
O əlavə edib ki, NATO 360 dərəcə müdafiə, çəkindirmə və qorunma strategiyasına fokuslanıb, Arktika, Şərq və Cənub istiqamətlərində vəziyyəti yaxından izləyir.
Xatırladaq ki, keçmiş SSRİ-yə Azərbaycan, Gürcüstan, Ermənistan, Latviya, Litva, Estoniya, Ukrayna, Moldova, Belarus, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Rusiya daxil idi./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 27 Aprel 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















