Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

NABİULLİNA HƏDƏFDƏ... Rusiyanın “baş bankiri”ni yoxlamağa başladılar

NABİULLİNA HƏDƏFDƏ... Rusiyanın “baş bankiri”ni yoxlamağa başladılar

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayan gündən böyük təlatümlər yaşayan Rusiya iqtisadiyyatı, maliyyə bazarı, rus rublu və s. Mərkəzi Bankın qərarlarına olduqca həssas reaksiya verməkdə davam edir. Bu baxımdan ölkədə durmadan artan inflyasiya, kreditlərin bahalaşması və müharibənin doğurduğu digər problemlərə görə məsuliyyətin Mərkəzi Banka və onun rəhbəri Elvira Nabiullinanın üzərinə atılması tendensiyası da güclənir…

Nabiullinanın əleyhdarları onu uçot faiz dərəcəsini - əsas məzənnəni yüksəltməkdə və bununla da kreditlərin bahalaşmasına, inflyasiyanın yüksəlməsinə və digər iqtisadi problemlərin yaranmasına baiskar olduğunu iddia edirlər.

Son günlər isə Nabiullinaya qarşı hücumlar konkret addımlar şəkilndə daha radikal xarakter alıb. Belə ki, Rusiya Duması Hesablama Palatasına Mərkəzi Bankı yoxlamaq barədə tapşırıq verib. Duma bununla bağlı rəsmi qərarında “2025-ci ilin may-dekabr ayları ərzində Mərkəzi Bankın, onun struktur bölmələrinin və qurumlarının 2022-2024-cü illər və 2025-ci ilin başa çatan dövrü üçün maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparmağı” tapşırıb.


Öz növbəsində, illik hesabatı ilə deputatlar qarşısında çıxış edən Hesablama Palatasının rəhbəri Boris Kovalçuk rəhbərlik etdiyi departamentin inflyasiyanın hədəflənməsi siyasətini hərtərəfli öyrənmək məqsədilə müvafiq “ekspert-analitik tədbir” keçirəcəyini vəd edib. O xatırladıb ki, 2023-cü ilin iyunundan 2024-cü ilin dekabrına qədər, cəmi il yarım ərzində Mərkəzi Bankın məzənnəsi 2,8 dəfə artıb. Lakin bu sərt siyasət proqnozlaşdırılan inflyasiya göstəricilərinə (hədəf 4%) heç bir müsbət təsir göstərməyib və inflyasiya yüksək olaraq qalır, hətta daha da artır.

"Bu, əsas kapitala qoyulan sərmayələrdə öz izini buraxır", - Kovalçuk deyib.

“Biz artıq həm 2024-cü ilin dördüncü rübünün nəticələrinə əsasən, həm də 2025-ci il üçün proqnozlara əsasən görürük ki, əsas kapitala investisiyaların əhəmiyyətli dərəcədə azalması gözlənilir ki, bu da kreditlərin yüksək qiyməti ilə bağlıdır” - o, əlavə edib.

Daha aydın dildə desək, Nabiullinanın başçılıq etdiyi Mərkəzi Bank ölkə iqtisadiyyatının böhrana sürüklənməsində və açıq iqtisadi sabotajda günahlandırılır…

Mövzu o qədər aktuallaşıb ki, ABŞ Müharibə Araşdırılması İnstitutu(ISW) da məsələyə xüsusi diqqət ayırıb. Amerikalı analitiklər belə hesab edirlər ki, Kreml Rusiya Mərkəzi Bankına yüksək faiz dərəcələrinə görə təzyiq edir və bunun fonunda Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində yaranan inflyasiyanı gizlətməyə, ümumilikdə iqtisadi problemləri Nabiullinanın pul siyasətinin üstünə atmağa çalışır.

ISW-nin hesabatında qeyd olunur ki, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ilə Kreml arasında yüksək faiz dərəcələri və Rusiyanın müharibə dövründəki pul siyasəti ilə bağlı gərginlik mövcuddur. Bildirilir ki, Rusiya Hesablama Palatasının Mərkəzi Bankda başlatdığı yoxlama əslində, Nabiullinaya hücumdur və sözsüz ki, Rusiyada belə hadisələr birinci şəxsin – Vladimir Putinin tapşırığı və “xeyir-duası” olmadan baş vermir.


İnstitutun mənbələri onu da qeyd ediblər ki, bir qrup iri rus oliqarxları Kremlə təsirlərindən istigfadə edərək, faiz dərəcəsini aşağı salmağa çalışır. Amerikalı analitiklər hesab edirlər ki, Rusiyada inflyasiya Ukraynaya qarşı genişmiqyaslı müharibə səbəbindən yüksəlib və Rusiya Mərkəzi Bankı 2024-cü ilin dekabrında əsas faiz dərəcəsini 21 faiz, yəni, 2003-cü ildən bəri Rusiyada ən yüksək faiz dərəcəsi səviyyəsində saxlamağa qərar verib.

Hesabatda deyilir: “Rusiya Mərkəzi Bankının faiz dərəcəsi əhəmiyyətli və artan inflyasiya təzyiqinə baxmayaraq, 2025-ci ilə qədər nisbətən mühafizəkar olaraq qaldı. Son aylarda Kreml inflyasiyanın 9-10 faiz civarında olduğunu iddia edirdi, lakin bu rəqəmlər, 20-25 faizə yaxın olan faktiki inflyasiya səviyyəsindən xeyli aşağıdır.

Rusiyada indiki faiz dərəcəsi daha yüksək olmalıdır və Kreml Mərkəzi Banka təzyiq edir ki, inflyasiyanın qarşısını almaq üçün faiz dərəcəsini 21 faiz səviyyəsində saxlasın”.


Analitiklər hesab edirlər ki, Vladimir Putin də inflyasiyanın artmasına görə günahı Mərkəzi Bankın, xüsusən də Nabiullinanın üzərinə atmağa çalışır: “Mərkəzi Bankın yoxlanılması faiz dərəcəsinin hazırkı 21 faizdən daha da artırılmasının qarşısını almaq, Rusiya biznesinin gözləntilərini və məyusluğunu idarə etmək və Kremlin Mərkəzi Banka siyasi təzyiq etməsi üçündür: ”Kremlin Mərkəzi Bankın qərarları ilə daimi manipulyasiyası çox güman ki, Rusiya hökumətinin müharibə dövründə düzgün pul siyasəti yürütməsini çətinləşdirəcək”.

Qeyd edək ki, Trampla Putinin son telefon danışıqları ərəfəsində Rusiya maliyyə və istiqraz bazarında müəyyən canlanma yaşandı, hətta Rusiya rublunun məzənnəsi kəskin artdı. Lakin danışıqların uzanması və müharibənin tezliklə bitməyəcəyi, hətta atəşkəs əldə olunsa belə, sanksiyaların götürülməyəcəyi barədə yaranan aydın təsəvvür öz sözünü dedi. Qısa müddətli eyforiya bitdi. Bu isə həm də o deməkdir ki, Mərkəzi Bankın faiz dərəcəsini düşürməsini gözləmək mənasızdır və Nabiullinanın məcburən apardığı sərt pul siyasəti, buna paralael olaraq da artan inflyasiya dəyişməz qalacaq.

Yeri gəlmişkən, Vladimir Putin bir neçə gün əvvəl Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında daha ayıq tonda çıxış edib. O, xarici sanksiyaların müvəqqəti tədbirlər deyil, Rusiyaya qarşı sistemli təzyiq mexanizmləri olduğunu deyib və vəziyyətin düzələcəyinə ümid etməyin mənasız olduğunu etiraf edib: “İşlər əvvəlki kimi olmayacaq: ticarətin, ödənişlərin və kapital axınının tam azadlığına ümid etməyin mənası yoxdur”.

Bütün bunlar Kremlin özü tərəfindən iqtisadi problemlərin həm də xarici təzyiq nəticəsində (Əslində, səbəblər daha çoxdur-red.) yarandığının açıq etirafıdır. Xarici təzyiqin əsas səbəbi isə Ukarynaya qarşı işğalçılıq müharibəsidir. Buna baxmayaraq, əsl səbəb və səbəbkar üzdə ikən Nabiullinanın hədəfə alınması da təsadüfi deyil. Daxili etirazlar artdıqca, “qurbanlıq keçi”yə tələbat da artır…

C.Məmmədov

“AzPolitika.info”  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Mart 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri