NATO Baş katibi: Gürcüstanda baş verənlərdən narahatıq
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Biz Gürcüstanı Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırırıq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Rusiyanın Gürcüstan və Moldovada keçirilən seçkilərə mümkün müdaxiləsi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Əlbəttə, biz NATO ölkələrinin seçkilərinə istənilən müdaxiləni pisləyirik. Moldovada baş verənlərdən narahatıq, nəticə bizi qane edir, amma müdaxilənin olduğu aydındır. Eyni zamanda, Moldova hakimiyyəti seçkiləri öz demokratik prinsiplərinə uyğun keçirə bildi.
Gürcüstana gəlincə, əlbəttə ki, biz Gürcüstanın özündə baş verənlərdən narahatıq. Hadisələri izləyirik. Biz Gürcüstanı Avropa İttifaqı və NATO ilə Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırırıq. Biz həqiqətən də baş verənlərdən narahatıq və hadisələri izləyirik. Kiminsə seçkilərə müdaxiləsinə gəlincə, bu, qəbuledilməzdir”, - Baş katib qeyd edib.
Baxış sayı:146
Bu xəbər 04 Dekabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















