NATO Baş katibi xəbərdarlıq edib: Rusiya raketinə Haaqaya çatmaq üçün 5 10 dəqiqə lazımdır, təhlükə artır
Apa.az saytına istinadən Icma.az xəbər verir.
NATO-nun Baş katibi Mark Rutte Alyansın müttəfiqlərinə xəbərdarlıq edib.
APA-nın xəbərinə görə, Baş katib Mark Rutte bu gün Lüksemburqda keçirilən mətbuat konfransında deyib ki, hətta Rusiya ilə birbaşa həmsərhəd olmayan ölkələr də Rusiyanın ən yeni raket texnologiyaları səbəbindən təhlükə altındadır.
Onun sözlərinə görə, rusların təhdidi hər gün artır.
Rutte müttəfiqləri sadəlövh olmamağa çağıraraq əlavə edib ki, bu məsələ nə vaxtsa Lüksemburqu, eyni zamanda, onun ölkəsi Niderlandı da narahat edə bilər.
“İndi hamımız təhlükəsizlikdəyik, Rusiyadan uzaq olduğumuzu düşünürük, amma xüsusilə Rusiyanın ən yeni raket texnologiyaları kontekstində təhlükəyə çox yaxınıq. Hazırda Litva ilə Lüksemburq, Haaqa və ya Madrid arasındakı fərq cəmi 5–10 dəqiqədir. Bu, Rusiyanın raketlərinin həmin Avropa bölgələrinə çatması üçün lazım olan zamandır”, - Rutte qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 02 Sentyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















