Dünyada ilk: Qara dəliyin ilk videosu çəkiləcək
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Beynəlxalq “Event Horizon Teleskopu” (EHT) layihəsinin astronomları mart-aprel aylarında qara dəliyin ilk videosunu çəkməyi planlaşdırırlar.
Axar.az xəbər verir ki, bu barədə “Qardian” nəşri Kembric Universitetinin astrnomiya və eksperimental fəlsəfə professoru Ser Markoffa istinadla məlumat yayıb.
Məlumata görə, astronomlar çəkiliş üçün Günəş sistemi ölçüsündə və 6 milyard Günəş kütləsində kosmik obyekt seçiblər.
“Hazırda astronomlar ilk dəfə olaraq super nəhəng qara dəliyin hərəkətini lentə almağa hazırlaşırlar”, - nəşr bildirib.
Nəşr qeyd edib ki, “Event Horizon Teleskopu” Antarktidadan İspaniya və Koreyaya qədər dünyanın hər yerində yerləşən 12 radio teleskopundan ibarət şəbəkədir. 2019-cu ildə bu layihənin astronomları dünyada ilk dəfə qara dəliyin kölgəsinin görüntüsünü dərc etmişdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 18 Yanvar 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















