Icma.az
close
up
RU
NATO dan 3 ölkəyə xəbərdarlıq

NATO dan 3 ölkəyə xəbərdarlıq

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Rutte Trampın mesajını çatdırdı

Ukrayna üzərində beynəlxalq gərginliyin hökm sürdüyü bir zamanda Qərb indi də Rusiyanın tərəfdaşlarına xəbərdarlıq etməyə başlayıb. Belə ki, NATO-nun Baş katibi Mark Rutte Çin, Hindistan və Braziliyanı Rusiyaya təzyiq göstərməyə çağırıb. Almaniyanın “Tagesschau” İnformasiya Agentliyinin məlumatına görə, M.Rutte Çin, Hindistan və Braziliyanın Rusiya ilə ticarət əlaqələrini davam etdirəcəyi təqdirdə həmin ölkələrin ikinci dərəcəli sanksiyalardan ciddi şəkildə zərər görəcəyini deyib - “Ona görə də, zəhmət olmasa, Vladimir Putinə zəng edin və ona deyin ki, o, ciddi şəkildə sülh danışıqlarına başlamalıdır. Əks halda bunun Braziliya, Hindistan və Çin üçün ağır nəticələri olacaq”, - deyə M.Rutte vurğulayıb. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun ?aş katibi ilə son görüşündə Rusiyaya 50 gün möhlət verdiyini bəyan edib - o, qeyd edib ki, həmin müddət ərzində Ukrayna ilə atəşkəs sazişi əldə olunmasa, Rusiya məhsullarını alan ölkələrə qarşı 100 faizlik ikinci dərəcəli gömrük rüsumları tətbiq olunacaq.

Üç ölkənin Rusiya ilə münasibətləri

Rusiya Federasiyasının Çin, Hindistan və Braziliya ilə diplomatik-siyasi, iqtisadi-ticari, hərbi-təhlükəsizlik, enerji, mədəni, elmi, turizm və texnologiya sahələrində çox güclü və geniş ikitərəfli əlaqələri var. Son on beş il ərzində Moskvanın bu üç ölkə ilə sözügedən sahələrdə əməkdaşlığı daha da inkişaf edərək yüksək səviyyəyə çatıb. Demək olar ki, Çin, Hindistan və Braziliya Rusiya ilə strateji tərəfdaşdırlar. Müxtəlif regionlarda yerləşmələrinə baxmayaraq, dörd ölkə arasında çoxtərəfli əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Həm Şanxay Əməkdaşlıq Təşkilatında, həm də BRİCS-də, hətta Birləşmiş Millətlər Təşkilatında da Rusiya, Çin, Hindistan və Brazilaya qlobal və regional səviyyədə qarşılıqlı şəkildə əməkdaşlıq edirlər - dörd ölkə geostrateji, geosiyasi və geoiqtisadi maraqlarını uyğunlaşdırmaq üçün birgə layihələrin həyata keçirilməsinə üstünlük verirlər. Rusiya-Çin münasibətlərində, eləcə də Rusiya-Hindistan münasibətlərində Avrasiya prizması çərçivəsində əməkdaşlığa xüsusi önəm verilir. Moskva və Pekin özlərini Avrasiyanın təhlükəsizliyinin zəmanətçiləri hesab edirlər - bu istiqamətdə hər iki ölkənin rəsmiləri arasında tez-tez görüşlərin keçirilməsi bunu sübut edir.  Rusiyanın Çin və Hindistan ilə hərbi-müdafiə və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlığı da xüsusi diqqət çəkir. Hər il Rusiya bu iki nəhəng ölkə ilə genişmiqyaslı hərbi təlimlər həyata keçirir, o cümlədən son iyirmi il ərzində hər iki ölkəyə milyard dollar dəyərində kifayət qədər silah-sursat tədarük edib. Braziliya da Rusiyanın hərbi sənayesinə maraq göstərir.

Rusiyanın Çin, Hindistan və Braziliya ilə ticarət əlaqələrinə gəlincə, 2024-cü ildə Moskvanın Çin ilə ticarət dövriyyəsi 244,8 milyard dollar, Hindistan ilə 70,6 milyard dollar və Braziliya ilə 12,4 milyard dollar təşkil edib.

Xahiş, yoxsa tələb?

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov qəzetimizə şərhində qeyd edib ki, Qərb liderləri son addımlarının nəticə verib-verməyəcəyinə əmin deyillər. “Məlum olduğu kimi Tramp Putinlə telefon danışıqlarında istədiyi nəticəni əldə etmədi. Bu da Ağ Ev rəhbərinin Putinə münasibətinin dəyişməsinə səbəb olub. Tramp artıq anlayıb ki, Putini danışıqlar masasına gətirmək o qədər asan deyil və Putin öz məqsədlərində israrlıdır. Buna görə də Tramp Rusiya rəhbəri ilə yeni danışıq tərzinə keçib. Bununla yanaşı, ABŞ prezidenti Ukraynanı yeni müasir silahlarla təmin etmək qərarına gəlib. Ukrayna tam gücü ilə NATO silahları ilə təchiz olunmağa başlayıb. Eyni zamanda, Tramp həm öz dili ilə, həm də NATO-nun Baş katibi Mark Ruttenin dili ilə Rusiya ilə ticarət münasibətləri olan ölkələrə qarşı sanksiyaların və onların məhsullarına yüksək gömrük rüsumlarının tətbiq olunacağı ilə bağlı xəbərdarlıq edib. Güman olunur ki, bu kimi tədbirlər Rusiyanı danışıqlar masası arxasına gəlməyə vadar edəcək. Güman olunur, amma əminlik yoxdur. Nə Tramp, nə də Rutte bu tədbirlərin Rusiyaya təsir edib-etməyəcəyinə əmin deyillər. Əslində, Mark Rutte Braziliya, Hindistan və Çinə müraciət edərək onları yardıma çağırır. Daha doğrusu, bu ölkələrdən Rusiyanı yola gətirmək xahiş olunur”.

Qərbin çağırışlarına əməl olunacaq?

Politoloq Tofiq Abbasov  hesab edir ki, Qərb nə qədər çağırışlar etsə də, təhdidlərə əl atsa da, öz məqsədinə nail olmayacaq. “Çin, Hindistan və Braziliya Rusiyaya qarşı təzyiqlərə əl atmayacaqlar. Hər üç ölkə Rusiya ilə tərəfdaş ölkələrdir. Rusiya, Çin, Hindistan və Braziliya istərsə qlobal, istərsə də regional məsələlərdə eyni mövqeyi bölüşürlər. Üç ölkədən heç biri Rusiya ilə münasibətləri korlamayacaq. O ki qaldı təzyiqlərə, bu, yalnız Qərb tərəfindən nümayiş olunur  və bu, davam edəcək də. Qərb Rusiyanı danışıqlar masası arxasına gətirmək üçün üç ölkəyə təzyiqlər etmək qərarına gəlib. Ən azından Çin, Hindistan və Braziliyanın dövlət rəhbərləri Putinlə telefon danışığı aparıb onu məlumatlandıra bilərlər. Prosesin nə ilə bitəcəyi məsələsinə gəlincə, bu, üç ölkədən yox, yalnız Moskvanın addımlarından asılıdır. Moskva heç bir ölkəyə onunla təzyiq və təhdid dili ilə danışmağa imkan verməz,” - deyə T.Abbasov qeyd edib ki,  Rusiya öz məqsədinə nail olana qədər Ukraynada müharibəni davam etdirəcək: “Əvvəlcədən bəlli idi ki, Trampın Putinlə telefon danışıqları heç bir ciddi nəticəyə gətirib çıxarmayacaq. Heç bir ölkə Ukraynada müharibəyə son qoya bilməz, yalnız Kreml bu müharibəni bitirə bilər. Yəni Ukraynadakı müharibənin taleyi Kremlin əlindədir. Təbii ki, Putin Trampla telefon söhbətlərində “yox” cavabı vermir, amma “baxarıq” cavabı verməklə öz planlarını icra edir. Bu baxımdan Tramp-Putin danışıqlarında hər hansı köklü və qeyri-adi bir nəticənin əldə olunacağına inanmaq sadəlövlük olardı. Kreml öz yolundan dönməyəcək və öz məqsədinə çatmaqda qərarlıdır”.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 İyul 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri