Icma.az
close
up
RU
NATO dan Rusiyaya hücum xəbərdarlığı: Qərb yeni əməliyyatlara başlayır

NATO dan Rusiyaya hücum xəbərdarlığı: Qərb yeni əməliyyatlara başlayır

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Son günlər Rusiya ilə NATO ölkələri arasında gərginlik yenidən artmaqdadır. NATO 2 mindən çox hərbiçisini təlimlər  üçün Rusiyanın  sərhədinə topladı. Almaniya Alyansın Rusiya ilə toqquşmanın  gözləniləndən daha tez başlayacağını açıqladı. Ukrayna istiqamətimdə   artan gəginlik  fonunda Qərbdən gələn bu bəyanatlara Moskvanın reaksiyası olacaq? 

Moderator.az-a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, Ukrayna–Rusiya münaqişəsi zaman keçdikcə daha da dərinləşir. Onun sözlərinə görə, bu gərginliyin artmasının əsas səbəbi Qərbin Ukraynaya verdiyi  mənəvi, maddi və hərbi yardımlardır:

“Əslində, Qərb istəsəydi, Ukrayna ilə Rusiya arasında olan bu müharibəni çoxdan dayandıra bilərdi. Ukrayna ilə Rusiya bir neçə dəfə danışıqlar masasında görüşüb, o cümlədən İstanbulda vacib müzakirələr aparılıb. Lakin bu münaqişə Qərbin uzun müddətdir planlaşdırdığı bir prosesin tərkib hissəsidir. ABŞ-ın strategiyasında var ki, öz ərazisində deyil, üçüncü ölkələrdə müharibələr aparsın. Bu gün Ukrayna ABŞ və Avropa Birliyinin Rusiya ilə müharibə meydanına çevrilib. Rusiya artıq Ukrayna ərazisinə daha sərt zərbələr endirir. Xarkovdakı dağıntılar, Kiyevə atılan raket zərbələri və enerji infrastrukturuna vurulan ziyan bunun bariz nümunəsidir. Münaqişənin bu səviyyəyə çatmasının kökləri isə təkcə bu günə aid deyil. Artıq uzun müddətdir ki, xüsusən Angela Merkelin hakimiyyətdən getməsindən sonra Almaniya, Fransa və İngiltərənin daxil olduğu tandem Rusiyanın Avropaya təsirini artırdığına dair fikirləri gündəmə gətirir. Buna digər ölkələr də qoşulub, xüsusilə Polşa kimi ölkələr bu prosesə aktyiv şəkildə müdaxilə edir. İkinci Dünya müharibəsinin köhnə qorxuları yenidən beynəlxalq siyasətdə özünü göstərməyə başlayıb. İddialara görə,  Rusiya  Avropaya doğru genişlənmək və regionu nəzarət altına almaq niyyətindədir. Bu fikirlərin Moskva tərəfindən bir neçə dəfə istehza ilə qarşılanmasına baxmayaraq, gerçək vəziyyət tam fərqlidir. Hazırlıqlara nəzər salanda görürük ki, Almaniya, Fransa, Polşa və İngiltərə kimi ölkələr Rusiyanın həm iqtisadi, həm də siyasi baxımdan zəiflədilməsi üçün ciddi addımlar atırlar. Ukrayna bu istiqamətdə vasitə kimi istifadə olunur. NATO qüvvələrinin Rusiyanın sərhədlərinə yaxın ərazilərə yerləşdirilməsi də bu strategiyanın bir hissəsidir. Bu, Qərbin bu məsələdə qətiyyətini göstərir. Xüsusilə Almaniya Rusiyanın mümkün eskalasiyasına qarşı özünü qorumaq üçün ciddi addımlar atır. NATO-nun hərbi kontingent yerləşdirməsi gələcək münaqişənin daha geniş miqyas alması ehtimalını artırır”.

Politoloq Rusiyanın bu müharibədən geri çəkilməyəcəyini diqqətə çatdırıb:

“Moskva üçün təhlükəsizlik məsələsi iqtisadi və siyasi mənafelərdən daha vacibdir. Bu, Rusiya dövlətinin ideoloji təməllərindən biridir.Rusiya xalqı ac qalmağa, sanksiyalarla yaşamağa razı ola bilər, amma təhlükəsizliyi hər şeydən önəmlidir. Bu, onların milli kredosudur. Kremli dəstəkləyən qüvvələr də az deyil. Bu, gedən proseslərdə də açıq görünür. ABŞ prezidenti Donald Tramp düşünürdü  ki, Rusiya prezidenti Putinlə bir masa ətrafında problemlərin həlli mümkündür. Lakin Tramp daha güclü və kompromisə getməyən tərəfə rast gəldiyini anlayandan sonra bu müharibəyə dəstəyini artırmağa məcbur oldu. ABŞ həm iqtisadi, həm də hərbi baxımdan Ukraynaya dəstək verməklə Rusiyanı masaya oturtmağa çalış. Bu gün ABŞ, Avropanı vasitə kimi istifadə edərək Moskvanı öz şərtləri ilə danışıqlara məcbur etmək istəyir. Lakin vəziyyət daha da gərginləşdikcə Moskva öz hərbi və siyasi mövqeyini sərtləşdirir. Rusiyanın yanında isə Çin və Latın Amerikası kimi güclü dövlətlər dayanır. Bu ölkələr həm hərbi, həm siyasi, həm də iqtisadi cəhətdən böyük gücə malikdirlər”. 

Ramiyə Məmmədova sonda əlavə edib ki, hazırda faktiki olaraq üçüncü dünya müharibəsi elan olunmasa da, gedişat buna doğru irəliləyir:

 “Rusiyanın son mesajları isə daha ciddi və narahatedicidir. Moskva açıq şəkildə bəyan edir ki, əgər təhlükəsizliyinə daha böyük təhdid hiss edərsə, nüvə silahından istifadə etmək məcburiyyətində qala bilər. Bu proseslərin nəticəsi dünyada vəziyyəti tamamilə dəyişə bilər. Qərbin hazırkı siyasəti, dolayısı ilə Rusiyanı nüvə silahından istifadə etməyə təhrik edir. Lakin Rusiyanın bu addımı atıb-atmayacağını zaman göstərəcək. Hələlik Moskvanın nüvə eskalasiyasına getməsi üçün məqam yetişməyib. Əslində, münaqişənin bu qədər uzanmasının əsas səbəblərindən biri də ABŞ və Qərbin atdığı addımlardır. Rusiya bölgədə NATO-nun geri çəkilməsini və Ukraynanın tampon zona kimi qəbul edilməsini istəyir.Lakin bu təklif Qərb tərəfindən qəbul edilmir”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see287

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see286

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see206

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see185

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see164

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see159

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see156

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see147

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see144

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see144

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see143

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see143

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see139

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see136

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see136

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see135

Bakının yarısında işıqlar söndü

02 Yanvar 2026 00:26see134

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see129

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see127

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri