“Qarabağ”dan nə FCSB çəkinir, nə də “Ayntraxt”! Qurban Qurbanovu tora salmayın!
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Bu yaxınlarda “Qarabağ”ın FCSB ilə yoxlama oyunu keçirmək istədiyi, ancaq qarşı tərəfin bu təklifdən imtina etdiyi haqda xəbər yayıldı. Çox keçmədən Rumıniya təmsilçisinin meneceri Mihay Stoykanın mövqeyi ortaya çıxdı.
Onun dediklərini xatırlayaq:
“Qarabağ” bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi soruşdu. Lakin onlarla oynasaq, bu, əhval-ruhiyyəmizi aşağı sala bilər. “Qarabağ” yanvarın 12-də oynamaq istəyirdi, amma biz yanvarın 16-da “Beşiktaş”la oynayacağıq”.
Stoykanın açıqlaması ölkəmizdə birmənalı qarşılanmadı. Bəzi xəbər saytları bu sözləri xoşagəlməz başlıqlarla tirajladı. Ona eyham vurdular ki, FCSB “Qarabağ”la yoxlama matçında qarşılaşmaqdan qorxub. Elə xeyli azərbaycanlı futbolsevər də belə düşünür. Onlar sosial şəbəkələrdə yazdığı rəylərdə rumınları lağa qoyur, “Qarabağ” deyib sinəsinə döyür. Təbii ki, söhbət yoxlama görüşündən gedirsə, hansısa qorxudan danışmaq yersizdi. Görünür, həmvətənlərimiz yenə emosional düşüncənin, heç kimə lazım olmayan “güc partlayışı”nın ağuşuna düşüb.
Futboldan azca anlayışı olan hər kəs dərk edir ki, bütün komandalar sınaqçı-rəqibləri özü seçə, istənilən təklifi qəbul və ya rədd edə bilər. Elə FCSB da hansısa səbəbdən “Qarabağ”la oynamaq istəməyib. Lap tutaq ki, qorxdu. Bəs, biz niyə küyə gedirik? Axı “Qarabağ” ilin ilk rəsmi matçında ciddi sınaqla üz-üzədi: “köhlən atlar” yanvarın 21-də Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Frankfurt “Ayntraxt”ını qəbul edəcək. Və yenə “Ayaks”la oyundan əvvəl yaranan atmosferlə üz-üzəyik. “Qarabağ” “şişirdilir”, gücü-qüvvəsi ön plana çıxarılır. Axı hər kəsə məlumdu ki, belədə “köhlən atlar”ın oyun planı pozula, futbolçular arxayınlığın qurbanı ola bilər. Axı “Ayaks”a qarşı matçda favorit göstərilən komandanın acınacaqlı məğlubiyyəti və buna səbəb olan məqamlar - ayrı-ayrı oyunçuların fərdi səhvləri, hətta baş məşqçi Qurban Qurbanovun yanlış seçimləri və daha nələr, nələr gözümüzün önündədi.
Bəli, “Ayntraxt”la matça hələ 17 gün qalıb. Gəlin, qalan vaxt ərzində “Qarabağ”ı tərifləməkdənsə, nə dərəcədə böyük məsuliyyət tələb edən sınaq qarşısında olduğunu xatırladaq. Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq kimi tarixi şansı əldən vermək bahasına başa gələcək səhvlərə yol verməyək!
Bilək ki, “Qarabağ”dan nə FCSB çəkinir, nə də “Ayntraxt”. “Liverpul” isə heç çəkinmir. Qurban Qurbanovu da arxayınlaşdırmayın, komandasını da. Biz hələ çox çalışmalıyıq. Azı yanvarın 28-nə kimi...
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:Türkiyəli şərhçi “Qarabağ”dan danışdı: “Qurban Qurbanovu çağırın…”
17 Sentyabr 2025 09:38
FCSB nin baş meneceri Qurban Qurbanovu nümunə göstərdi
01 Mart 2025 14:00
“Qarabağ”ı izləmədim, Qurban Qurbanovu təbrik edirəm”
23 Avqust 2025 21:06
Qarabağ”la oyunda “Ayntraxt”a UEFA dan QADAĞA
18 Dekabr 2025 14:32
“Qarabağ”ın aradan qaldıra bilmədiyi problem Qurban Qurbanovu da dinləmirlər...
25 Aprel 2025 21:16
Baxış sayı:128
Bu xəbər 04 Yanvar 2026 00:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















