NATO dan Türkiyəyə təşəkkür mesajı
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
NATO Ankarada 2026-cı il NATO Zirvəsinə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edir.
Newscenter.az xəbər verir ki, bu barədə trthaber məlumat yayıb.
Məlumatda bildirilib ki, NATO-nun baş katibi Mark Rutte 2026-cı ildə Ankarada keçiriləcək NATO Zirvəsinə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edərək, "70 ildən artıqdır ki, Türkiyə ümumi təhlükəsizliyimizə əvəzsiz töhfələr verən güclü NATO müttəfiqi olub",-deyə bildirib.
Rutte sammitin Prezident Kompleksində keçiriləcəyini qeyd edərək, liderlərin NATO-nun daha güclü, daha ədalətli və effektiv müttəfiq olması üçün səylərini davam etdirəcəklərini, bununla da müttəfiqlərin kollektiv təhlükəsizlikləri üçün “ciddi çağırışlara cavab verməyə hazır olmalarını” təmin edəcəklərini bildirib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan NATO Zirvəsinin 2026-cı ilin iyulunda Türkiyənin ev sahibliyi ilə Ankarada keçiriləcəyini açıqlayıb.
Anar Əliyev
Bu mövzuda digər xəbərlər:Almaniya Kansleri Merzdən Türkiyəyə türk dilində təşəkkür mesajı
08 İyul 2026 13:53
NATO üzünü Türkiyəyə tutur...
19 Aprel 2025 09:35
Ermənistan Türkiyəyə təşəkkür etdi
21 Mart 2025 14:55
BƏƏ Türkiyəyə təşəkkür etdi
27 Noyabr 2024 01:31
Peskov Türkiyəyə təşəkkür etdi
28 İyul 2025 15:55
Baxış sayı:123
Bu xəbər 20 Avqust 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















