Icma.az
close
up
RU
NATO üzünü Türkiyəyə tutur...

NATO üzünü Türkiyəyə tutur...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Alyans üzvləri mühüm müzakirələrə başlayır

Qərb dünyası yeni təlatümlərlə üz-üzədir. Onillərdir ki, Avroatlantik zonanın əsas müdafiə çətiri sayılan NATO-da fikir ayrılıqları günü-gündən genişlənir. Xüsusilə, Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-Avropa münasibətlərindəki gərginlik hərbi müdafiə sektorunu da əhatə etməyə başlayıb. Rəsmi Vaşinqton keçmiş administrasiyanın bütün sahələrdə olduğu kimi müdafiə sektorundakı siyasi xəttini düzgün hesab etmir. Ağ Evin fikrincə, digər NATO ölkələri, xüsusilə Qərbi Avropa özünün müdafiə xərcləri üçün lazımi maliyyəni ayırmır. Eyni zamanda, Ukrayna müharibəsinə baxış bucağı dəyişmək üzrədir. ABŞ rəsmi Kiyevə yardım məsələsində də müttəfiqləri ilə uzlaşa bilmir. Bunun nəticəsidir ki, artıq aylardır ard-arda NATO-nun fərqli ünvanlarda müxtəlif formatlarda toplantıları baş tutur. Xarici işlər, müdafiə nazirləri səviyyəsində baş tutan bu görüşlərdə məsələlərdən çıxış yolları axtarılır.

Qeyri-rəsmi toplantı...

Növbəti toplantı isə NATO-nun əsas ikinci ölkəsində - Türkiyədə keçiriləcək. Belə ki, NATO-nun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Alyans üzvlərinin xarici işlər nazirləri mayın 14-15-də Antalyada qeyri-rəsmi görüş keçirəcəklər. “14-15 may tarixlərində Antalyada NATO-nun Baş katibi Mark Ruttenin sədrliyi ilə xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək”, - məlumatda bildirilib. Alyans hələlik görüşün gündəliyinin təfərrüatlarını açıqlamır. Lakin aprelin 3-4-də NATO nazirlərinin Brüssel görüşünün nəticələrinə əsasən, bir sıra mənbələr bildirirdilər ki, alyansın iyulda Niderlandda keçiriləcək sammitinə qədər XİN başçılarının əlavə qeyri-rəsmi görüşü çağırılacaq. Bu görüş hərbi xərclərin artırılaraq ÜDM-in 2 faizdən 5 faizə çatdırılması planları üzrə kompromis axtarışlarına həsr olunacaq. Ukraynaya yeni silah tədarükü məsələsi də müzakirə ediləcək.

Hərbi xərclərin bölüşdürülməsi...

Qeyd edək ki, NATO-nun müdafiə xərclərinə ayrılan vəsaitin bölüşdürülməsi ilə bağlı narazılığı məhz ABŞ etmişdi. Ağ Ev bildirmişdi ki, Avropa illərdir ABŞ-ın hesabına özünün müdafiə immunitetini formalaşdırır. Qeyd edək ki, hazırda NATO-nun hərbi xərclərinin bölünməsi iki əsas istiqamətdə həyata keçirilir: Bunlardan biri Birgə Büdcələrdir (Direct Contributions) ki, bu, NATO-nun ortaq strukturlarını (məsələn, qərargahlar, infrastruktur layihələri, bəzi əməliyyatlar) maliyyələşdirmək üçün üzv ölkələrin ödədiyi vəsaitlərdir. Bu xərclər üzv ölkələr arasında iqtisadi gücünə əsasən proporsional şəkildə bölüşdürülür. 2023-cü ilin məlumatına əsasən, ABŞ bu ortaq büdcənin təxminən 16,3 faizini ödəyir. Bu birgə büdcələr illik olaraq 3-4 milyard avro civarındadır, bu isə NATO ölkələrinin milli müdafiə büdcələri ilə müqayisədə çox kiçik hissədir. Digəri isə, Milli Müdafiə Büdcələridir (Indirect Contributions) ki, əsas yük məhz budur. NATO üzvləri öz milli müdafiə xərclərini artırmaqla NATO-nun ümumi gücünə töhfə verirlər. 2014-cü il Uels Sammitində qəbul edilən qərara görə üzv ölkələr ÜDM-nin ən azı 2 faizini müdafiəyə sərf etməyi öhdələrinə götürüblər. 2024-cü ilə qədər isə 22 ölkə bu hədəfə çatıb. ABŞ NATO daxilində müdafiə xərclərinin təxminən 70 faizini öz üzərinə götürür. 2023-cü ildə ABŞ 860 milyard dollar pul ayırıb. Bunun qarşılığında isə Aİ-nin aparıcı ölkələri sayılan Almaniya 66 milyard dollar, Fransa 58 milyard dollar ödəyib.

NATO-nun 2025-ci il üçün hərbi xərclərinin üzv ölkələr arasında bölüşdürülməsinə gəldikdə isə, birinci hissəyə 483,3 milyon avro, hərbi Büdcəyə isə 2,37 milyard avro ayrılıb. ABŞ-ın buradakı payı 968 milyard dollar nisbətindədir. 2024-cü ildə Avropa Kanada ilə birgə 380 milyard dollar müdafiə xərci ayırıb ki, bu da ÜDM-in 2 fazini təşkil edir və Ağ Evi razı salmır.

ABŞ pulla da silah satmır...

Digər bir mövzu isə Ukrayna məsələsidir ki, burada da mühüm anlaşmazlıqlar mövcuddur. Ukraynanın Alyans üzvü olmaq istəyi birmənalı şəkildə Vaşinqton tərəfindən qəbul edilmir. Paralel olaraq isə hətta Tramp pul müqabilində belə Ukraynaya silah verməkdən imtina edir. “Bild” qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp silah tədarükündən pul qazanmaqdan daha çox Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda maraqlıdır. Aprelin 9-da Vladimir Zelenski deyib ki, o, ABŞ prezidenti Donald Trampa Kiyevin 10 “Patriot” hava hücumundan müdafiə sistemi almağa hazır olduğunu deyib: “Mən ona telefonda dedim ki, bizə ən azı 10 “Patriot” hava hücumundan müdafiə sistemi verin. Bizim hazır olduğumuz çoxlu müxtəlif formatlar və alətlər var. Biz müvafiq paket üçün 30 milyard, 50 milyard dollar tapmağa hazır idik”.

Avropa isə öz növbəsində Ukraynaya münasibətdə fərqli mövqe tutur. Hətta Fransa və digər ölkələr Ukraynaya həm maddi, həm də silah yardımı edirlər. Bu isə Alyans daxilində fikir ayrılıqlarını dərinləşdirir...

Ankara Alyans üzvlərinin son “ümid” yeridir...

Məsələnin ən cəlbedici məqamı isə son dövrlərdə alyans daxilində Türkiyənin nüfuzunun get-gedə daha da artmasıdır. Qeyri-rəsmi toplantının da Antaliyada keçirilməsi təsadüfi sayıla bilməz. Belə ki, Aİ Ankaranı özü üçün son ümid yeri sayır. Həm blok daxilindəki yeri və nüfuzu, həm də ABŞ ilə münasibətləri və təsiretmə gücü Türkiyəni diqqət mərkəzinə gətirir. Bir müddət öncə İsrailin Baş naziri Netanyahunun ABŞ-a səfəri çərçivəsində keçirilən görüşdə ABŞ prezidentinin Türkiyə və onun lideri ilə bağlı müsbət mesajları da bunu deməyə əsas verir.

Bu amil Türkiyənin də əlini gücləndirir. Yeni dövrdə həm yerləşdiyi bölgənin, həm də ümumən Yaxın Şərqin ən mühüm siyasi-hərbi aktoruna çevrilməyi hədəfləyən Ankara üçün belə bir status qazanması vacib irəliləyişdir. Avropa kontingenti anlayır ki, hazırkı vəziyyətdə Türkiyənin hərbi potensialı olduqca böyükdür. Bu müasir və olduqca effektiv hərbi potensial isə indiki məqamda olduqca mühüm amildir. İstər Şərqdə, istərsə də Qərbdə gedən proseslər onu göstərir ki, Türkiyə Alyansın Avropa qitəsindəki əsas lokomotividir. Eyni zamanda, Türkiyə həm də siyasi cəhətdən keçmiş Qərb koalisiyası üzvlərindən fərqlənir. Ankara demək olar ki, bütün dövlətlərlə eyni məsafədə dayanır - xüsusilə, Ukrayna müharibəsinə münasibətdə tutduğu barışdırıcı mövqe münaqişənin həlli istiqamətində mühüm perspektiv yarada bilər. Bu nöqteyi-nəzərdən də NATO “üzünü” Türkiyəyə tutur...

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Aprel 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri