Peskov Türkiyəyə təşəkkür etdi
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Türk rəhbərliyinə, müzakirələrin aparılması üçün yaratdığı şəraitə görə ayrıca minnətdarıq".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
Həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın Çində görüşməsi ehtimalına toxunan Peskov, Putinin sentyabr ayının əvvəlində Çinə səfər etməyi planlaşdırdığını, lakin Putin-Tramp görüşü üçün hazırda heç bir hazırlığın aparılmadığını da bildirib.
"Əgər ABŞ Prezidenti həmin tarixlərdə Çini ziyarət etmək qərarına gələrsə, ikitərəfli görüş ehtimal xaricində deyil. Amma bu mövzuda hələ heç bir hazırlıq yoxdur. Əvvəlcə ekspert səviyyəsində işlər görülməlidir", - o qeyd edib.
Baxış sayı:81
Bu xəbər 28 İyul 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















