NATO dan yeni “qələbə nəzəriyyəsi”: Əgər bizə hücum etsələr...
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
NATO yeni “qələbə nəzəriyyəsi”ni elan edib. Yeni yanaşma istənilən hücumun qarşısını almağı, onun təsirlərini neytrallaşdırmağı və hücum davam edərsə, qarşı tərəfin qüvvələrini təsirsiz hala gətirməyi nəzərdə tutur.
Turkustan.az xəbər verir ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR) Aleksus Qrinkeviç “Varşava Təhlükəsizlik Forumu 2026”da çıxışı zamanı alyansın müdafiə xarakterli olduğunu vurğulayıb.
Qrinkeviç bildirib ki, NATO sülhü qorumaq məqsədilə yaradılıb və əsas hədəfi üzv ölkələrin əhalisini və ərazilərini müdafiə etməkdir.
“Buna görə də xalqımızı qorumaqdan və ərazimizi müdafiə etməkdən başqa heç bir planımız, niyyətimiz və ya məqsədimiz yoxdur. Lakin müdafiə yönümlü təbiətimiz zəiflik və ya qətiyyətsizlik kimi qəbul edilməməlidir”, – o qeyd edib.
Ali komandan NATO-nun kollektiv gücü hesabına mümkün hücumların qarşısını almağı və sülhü qorumağı hədəflədiyini bildirib.
“Amma kimsə bizə hücum edəcək qədər axmaqdırsa, biz vuruşacağıq. Hücumu dayandıracağıq və qarşı tərəfin məqsədlərinə çatmasının qarşısını alacağıq. Bir sözlə, istənilən müttəfiqə qarşı istənilən hücumun tamamilə uğursuz olmasını təmin edəcəyik”, – Qrinkeviç vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 12 Oktyabr 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















