Icma.az
close
up
RU
Əgər Rusiya qələbə çalarsa ... Yeni müharibə ocağı gözləniləndir?

Əgər Rusiya qələbə çalarsa ... Yeni müharibə ocağı gözləniləndir?

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlamasında bildirib ki, 2029-2030-cu illərdə Rusiya NATO ölkələrinə hücum etməyə çalışacaq.
O qeyd edib ki, Rusiya silahlı qüvvələri 2026-cı ilə qədər çox güman ki, 1,5 milyon əsgərə qədər artacaq. Bu səbəbdən Avropanın 2029-cu ilə qədər müdafiə qabiliyyətini təmin etməsi xüsusilə vacibdir.
Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Almaniya müdafiə nazirinin belə bir fikir səsləndirdiyi birinci dəfə deyil:
“O bir müddət öncə də buna oxşar ifadələr işlətmişdi. Təbii ki, Rusiya-Ukrayna müharibəsinin nəticələri gələcəkdə Avropa təhlükəsiz arxitekturası ilə bağlı məsələyə çox ciddi təsir edəcək. Əgər Rusiya doğrudan da Ukraynada qələbə çalarsa və hədəflərinin ən azı müəyyən bir hissəsinə çatarsa, gələcəkdə Avropa istiqamətində yeni əraziləri nəzarət almaq üçün hərəkətə keçə bilər. İlk növbədə bu Baltik yanı ölkələr Finlandiya və Polşa ola bilər”. 
Politoloq qeyd edib ki,  belə bir təhlükəni Rumıniya da yaşaya bilər:
“Amma, bunlar ehtimallardır və hazırda biz Rusiya-Ukrayna müharibəsinin gedişindən görürük ki, heç də məsələlər Rusiyanın arzuladığı və planladığı kimi getmir. Doğrudur, Rusiya Ukrayna ərazilərinin təxminən 20 %-ini ələ keçirib. Bir çox Avropa ölkələri Rusiya təhlükəsi ilə bağlı məsələlərdə heç də adekvat davranmırlar və onlar hesab edirlər ki, Ukraynadakı savaş onların məsələsi deyil və gələcək təhlükədən özlərini sığortalamış kimi görürlər.  Nəzərə alsaq ki, Amerika prezidenti Donald Tramp da hələ seçki kampaniyası dövründən Avropadakı müttəfiqlərinə özlərinin müdafiə xərclərini, ümumi daxili  məhsulun 5 %-ə qədər artırılması tələbini önə sürüb. Bu olmayacağı təqdirdə amerikalıların onların əvəzinə təhlükəsiz məsələlərini həll etməyəcəyini qeyd edib. Bu da Avropa üçün müəyyən sıxıntılar, eyni zamanda çağırışlar deməkdir. Ona görə də hazırda Avropanın aparıcı ölkələrindən biri kimi Almaniya da bu məsələnin ciddiyyətini anlayır. Avropa ölkələrinə bu cür mesajlar verməklə müdafiə xərclərini artırmaq və Avropanın özünü  müdafiə etməsi ilə bağlı məsələlərdə çevik davranmaları istənilir.  Rusiyanın gələcəkdə Avropada hansısa bir işğala əl atması Ukraynadakı savaşın yekunundan asılı olacaq. Əgər Ukraynada məsələlər Rusiyanın istədiyi kimi getməsə və Amerika Prezidentinin də açıqladığı kimi Rusiya konstruktiv davranmasa onda başqa tədbirlər görüləcək deyə müəyyən qədər sərt xəbərdarlıqda olunub. Əgər Rusiya zəiflədiləcəksə o zaman Avropanın təhlükəsizliklə bağlı narahatlıqları da ortadan qalxa bilər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Yanvar 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri