NATO Estoniyada korpus yerləşdirə bilər
Icma.az, Oxu.az saytına istinadən bildirir.
NATO Estoniyanın Pyarnu şəhərində Almaniya-Niderland korpusunun yerləşdirilməsi imkanını nəzərdən keçirir.
Oxu.Az-ın ERR telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Estoniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, yekun qərar bu il veriləcək. Korpusun yerləşdirilməsi 100-200 nəfərlik infrastrukturun yaradılmasını nəzərdə tutur.
Qeyd edilir ki, Pyarnu şəhəri liman, aerodrom, dəmir yolu və avtomobil yolunun yaxınlığına görə qüvvələr yerləşdirmək üçün əlverişlidir. Estoniya Müdafiə Nazirliyi infrastrukturun tikintisinə 17 milyon avro ayırıb.
Son illərdə NATO qüvvələri Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya və Estoniyada yerləşdirilib.
Baxış sayı:103
Bu xəbər 03 Avqust 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















