Icma.az
close
up
RU
NATO nun Baş katibi: Ukraynaya heç vaxt üzvlük vədi verməmişik

NATO nun Baş katibi: Ukraynaya heç vaxt üzvlük vədi verməmişik

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

NATO-nun Baş katibi Mark Rutte Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısından sonra jurnalistlərə açıqlama verib.  

Qaynarinfo-nun verdiyi xəbərə görə, o vurğulayıb ki, Vaşinqtonda NATO Ukraynanın gələcəkdə alyansa üzv olacağını vəd etsə də, sülh danışıqları hansı mərhələdə olursa-olsun, bunun NATO üzvlüyü ilə yekunlaşacağı heç vaxt qəbul edilməyib. Bu, heç vaxt bir sülh razılaşmasının tərkib hissəsi kimi Ukraynaya verilmiş vəd olmayıb.  

"Putinin Ukraynanın bir kvadrat kilometrini belə ələ keçirməyə çalışmayacağından əmin olmalıyıq"  

Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra imzalanan Minsk razılaşmasının uğursuzluğunun təkrarlanmaması lazım olduğunu bildirən Rutte qeyd edib:  

"Bu danışıqlardan əldə olunacaq nəticənin qalıcı olması zəruridir. (ABŞ-ın müdafiə naziri) Pit Hegsetin dünən dediyi kimi, ikinci bir Minsk razılaşmasına ehtiyac yoxdur. Bu səbəbdən, nəticə nə olursa-olsun, (Rusiya prezidenti) Vladimir Putinin Ukraynanın bir kvadrat kilometrini belə ələ keçirməyə çalışmayacağından əmin olmalıyıq."  

Rutte xatırladıb ki, Putin bir neçə il sonra Minsk razılaşmasının "artıq mövcud olmadığını" bəyan edərək Ukraynaya qarşı müharibə başlatdı:  

"Biz əmin olmalıyıq ki, Putin 2015-2016-cı illərdə bu razılaşmaların nəticələrinə meydan oxuduğu kimi, yenidən belə bir cəhd etməyəcək."  

Sülh danışıqları ilə bağlı müttəfiqlər arasında fikir ayrılıqlarının olub-olmadığına dair sualı cavablandıran Rutte bildirib ki, "bütün müttəfiqlər və Ukrayna, Ukraynada sülh arzusunda yekdildir. Hamımız Ukraynanı danışıqlar üçün ən yaxşı mövqeyə gətirməli olduğumuz barədə həmfikirik."  

Rutte vurğulayıb ki, Putin sülh danışıqları başlayarkən Qərbin "birləşmiş" olduğunu anlamalıdır:  

"Öncəki vəzifəm dövründə, 2010-2014-cü illərdə onunla çox sayda görüş keçirmişəm və o, güclü bir danışıqlar aparan şəxsdir. Nə edəcəyini proqnozlaşdırmaq çətindir. Amma nəticədə sülh sazişi bağlanacaqsa, ona ehtiyacımız var, çünki bu müharibəni başlayan odur. Odur ki, bu danışıqları elə aparmalıyıq ki, əldə edilən razılaşmanın güclü olduğu bütün dünya tərəfindən qəbul edilsin."  

"Ukrayna bu prosesə daxil olacaq"  

Ukraynadakı müharibəni bitirəcək istənilən sülh sazişinin qalıcı olması üçün Kiyevin müzakirələrdə iştirak etməsinin vacib olduğunu vurğulayan Rutte, "Ukrayna istənilən halda bu prosesə daxil olacaq" deyib.  

O, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Putinlə dünənki görüşündən sonra ilk zəng etdiyi şəxsin Ukrayna prezidenti Volodimir Zelenski  olduğunu xatırladaraq, həftəsonu Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Zelenski və Avropa müttəfiqləri ilə görüşəcəyini bildirib.  

Rutte əlavə edib ki, "ABŞ, Ukrayna və, əlbəttə, Avropa müttəfiqlərimizlə sıx koordinasiya içindəyik."  

"Yeni hədəf 3 faizdən daha çox olmalıdır"  

Avropanın ümumi daxili məhsulundan (ÜDM) müdafiə xərclərinə ayrılan vəsaitin artırılması gərəkdiyini bildirən Rutte qeyd edib ki, "yeni hədəf mövcud 2 faizdən xeyli çox olmalıdır. Ən azı 3 faizdən yuxarı olmalıdır."  

O vurğulayıb ki, indiyə qədər 2 faizlik hədəfə çata bilməyən ölkələr yay aylarına qədər bu hədəfə çatmağı planlaşdırırlar və bu, 3 faizdən çox müdafiə xərcləri olan ABŞ ilə digər ölkələr arasında "daha ədalətli yük bölgüsü" yaradacaq.  

Rutte, Şimali Koreya, Çin və Rusiya arasındakı yaxın münasibətlərə də toxunaraq Hind-Sakit okean regionundakı tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinin önəmli olduğunu qeyd edib.  

"Bu gün də bildirdim ki, əgər ABŞ Çini və Hind-Sakit okeanda yaranan vəziyyəti artan təhlükə kimi görürsə, biz də bununla birgə mübarizə aparmalıyıq", – deyə Rutte əlavə edib.  

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri