Icma.az
close
up
RU
NATO nun Gürcüstan təlimində Azərbaycan da iştirak edir

NATO nun Gürcüstan təlimində Azərbaycan da iştirak edir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırda dünyada terror, nüvə silahlarının yayılması, həmçinin dezinformasiya və iqlim dəyişikliyi kimi çoxsayda müxtəlif təhlükələr mövcuddur. Bu problemlər həll edilməlidir. Artıq NATO üzvü ölkələr müdafiə xərclərini artırıblar. Bütün bunlar lazımdır, lakin yaxın 4 – 5 ildə gələcək təhlükələrin öhdəsindən gəlmək üçün kifayət deyil ... Münaqişənin qarşısını almaq üçün ona hazırlaşmaq lazımdır. Artıq müharibə təfəkkürünə keçməyin vaxtı çatıb”. Bu sözləri NATO-nun baş katibi Mark Rutte 2025-ci ildə keçiriləcək hərbi təlimlərin vacibliyinə toxunarkən deyib.

Təlimlərdən biri Gürcüstan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “NATO – Gürcüstan təlimi 2025” rəsmi olaraq start götürüb. Bu, üç ildən bir keçirilən NATO – Gürcüstan birgə təlimləri silsiləsində dördüncü təlimdir. O kompüter dəstəyi ilə briqada səviyyəsində keçirilən komanda-qərargah məşqlərindən ibarətdir. Məqsədi çoxmillətli briqada bölmələrinin böhran əməliyyatlarının planlaşdırılması və icrası üzrə hazırlıq səviyyəsinin artırılmasıdır. Həm də iştirakçı ölkələrin müdafiə qabiliyyətini artırmaqdan və Alyansa üzv olmayan ölkələrdə yarana biləcək böhranlı vəziyyətə çevik reaksiya mexanizmlərini hazırlamaqdan ibarətdir.

Təlimlərdə NATO-ya üzv və tərəfdaş olan 17 ölkə iştirak edir. Gürcüstanla yanaşı, Azərbaycan, Bolqarıstan, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Polşa, Slovakiya, Türkiyə, Böyük Britaniya, ABŞ, Moldova, Ermənistan və Tunis nümayəndələri təlimlərə qatılıblar. Çoxmillətli tədbirə bir sıra beynəlxalq təşkilatlar və bölmələr də cəlb olunublar.

Onu da qeyd edək ki, NATO təlimlərində Gürcüstanla yanaşı, Azərbaycan və Ermənistan da iştirak edir. Bəs bu təlimlər Azərbaycana nə verir? Yada salaq ki, Azərbaycan – NATO tərəfdaşlığının 30 ildən artıq tarixi var. 1994-cü il mayın 4-də Belçikanın paytaxtı Brüsseldə NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının çərçivə sazişinin imzalanması ilə Azərbaycan – NATO münasibətlərinin beynəlxalq müstəvidə təməli qoyulub. Bununla da ölkəmiz alyansın hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək imkanları qazanıb. Azərbaycan bu proqrama qoşulmaqla özünü etibarlı və nümunəvi tərəfdaş kimi göstərməyə müvəffəq olub. Eyni zamanda, NATO standartlarına uyğun olaraq, Azərbaycan Ordusunda islahatlar aparılıb, təlimlər həyata keçirilib. Şimal Atlantik Alyansında mövcud olan qabaqcıl təcrübələr Azərbaycan Ordusunda da tətbiq edilib.

NATO – Azərbaycan əməkdaşlığı elm və təhsil kimi sahələrdə də uğurla inkişaf etdirilir. Hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən geniş istifadə olunur.

Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin tədrisinin məzmun və formasının Avropa təhsil standartlarına və Boloniya prosesinə uyğunlaşdırılması, eləcə də pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində ciddi işlər görülür. Əməkdaşlıq azərbaycanlı hərbçilərin Türkiyə hərbi məktəblərində təhsil almasına imkan yaradıb. Onlar Macarlstan və s. ölkələrdə hərbi kurslarda iştirak edirlər.

Alyansın həyata keçirdiyi tədbirlər çərcivəsində ölkəmizdə də kurslar təşkil olunur. Məsələn, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda “Hərbi əməliyyatların hüquqi aspektləri” mövzusunda kurs keçirilir. Kursun əsas məqsədi Silahlı Münaqişələr Hüququnun yaranması və prinsipləri, güc tətbiq etmək üçün hüquqi çərçivə sənədi, sülhə dəstək əməliyyatlarının hüquqi aspektləri, əməliyyatlarda hədəf almanın hüquqi aspektləri, mülki əhalinin müdafiəsi, mədəni sərvətlərin qorunması, rəhbər heyətin məsuliyyəti, NATO missiyalarında qüvvələrin statusu və imtiyazları, həmçinin sülhməramlı əməliyyatlar zamanı beynəlxalq müqavilələr mövzularında təcrübələrin aşılanmasıdır.

Hazırda azərbaycanlı zabitlər həm də NATO qərargahında bu qurumla sıx əməkdaşlıq edirlər. İslahatlar çərcivəsində Prezident İlham Əliyev Azərbaycan Ordusunda Türkiyə modelinin tətbiq olunması ilə bağlı göstəriş verib. Onu da qeyd edək ki, Azərbaycan NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir.

Ölkəmizlə NATO arasında əməkdaşlığın əsasını təşkil edən məsələlərdən biri də döyüşçülərimizin etibarlı tərəfdaş kimi sülhməramlı əməliyyatlarda iştirakıdır. Azərbaycan müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Belə ki, 2002-ci il noyabrın 20-də Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. Sonradan kontingentinin sayı artırılıb. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsinin və ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib, patrul xidmətini həyata keçirib. Bu missiya 26 avqust 2021-ci ildə başa çatıb. Belə ki, Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da bu ölkədən çıxıb. Bu isə ölkəmizin NATO ilə əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir. Bu, bizim üçün böyük təcrübə olub.

2004-cü ildə isə Azərbaycan Prezidenti Brüsseldə Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını (FTƏP) NATO rəhbərliyinə təqdim edib. Əməkdaşlıq fəaliyyətləri, islahat planları və siyasi dialoq prosesləri FTƏP-də öz əksini tapıb. Silahlı qüvvələr üzərində tam demokratik nəzarətin yaradılması, müdafiə tədbirlərinin formalaşdırılması, o cümlədən, NATO-nun norma və standartlarına uyğun olaraq bütün silahlı qüvvələrin təşkilati strukturunun yaradılması əməkdaşlığın əsas sahələridir.

Onu da qeyd edək ki, müdafiə və təhlükəsizlik sektorunda islahatlar, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO-nun sülhə dəstək əməliyyat və missiyalarında iştirakla yanaşı, Azərbaycan – NATO əməkdaşlığı geniş spektrli olmaqla, enerji təhlükəsizliyi, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, ictimai diplomatiya, humanitar minatəmizləmə və digər qarşılıqlı maraq doğuran qeyri-hərbi sahələri də əhatə edir. Deməli, Avropanın enerji təhlükəsizliyi də Şimal Alyansı ilə əməkdaşlığımızda aparıcı rol oynayır. Azərbaycan Avropanın 11 ölkəsinə qaz nəql edir ki, onların da əksəriyyəti NATO-ya üzv dövlətlərdir. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir. Şübhəsiz ki, tərəflər arasında nəqliyyat əlaqələri də mühüm əhəmiyyət daşıyır.

Azərbaycanla NATO arasında davamlı yüksək səviyyəli qarşılıqlı səfərlər də tərəfdaşlığın inkişafında mühüm rol oynayır. Bütün bu faktlar göstərir ki, Azərbaycan bundan sonra da həm NATO, həm də ayrı-ayrı dövlətlərlə hərbi əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək, Alyansın təcrübəsinin hərtərəfli və dərindən öyrənilməsinə imkanlar qazanacaq.

Ümumiyyətlə, Azərbaycan – NATO münasibətlərini qısa olaraq belə xarakterizə etmək olar: Azərbaycan Respublikası Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə işləyir. Ölkəmiz təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropada yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir.

Beləliklə, bu həm də onu göstərir ki, tərəfdaşlığımız təkcə siyasi dialoqa yox, həmçinin əyani əməkdaşlığa söykənir. Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see255

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see245

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see238

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see235

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see223

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see222

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see220

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see216

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see212

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see208

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see207

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see202

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see196

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see189

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see184

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see183

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see181

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see180

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see176

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri