NATO sammiti Zelenski üçün alçaldıcı oldu Zaxarova
Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
NATO-nun iyulun 7-8-də Ankarada keçirilən sammiti Vladimir Zelenski üçün alçaldıcı oldu.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna böhranı ilə bağlı şərhində bildirib.
Onun sözlərinə görə, Zelenski sammitin plenar iclasına dəvət edilməyib və yalnız alyansın Müdafiə Sənayesi Forumunda qısa çıxış etmək imkanı əldə edib. Zaxarova iddia edib ki, Zelenski çıxışında hava hücumundan və raketdən müdafiə sistemləri, eləcə də onlar üçün sursat tədarükü istəyib və Ukrayna Silahlı Qüvvələrinin imkanlarını təqdim etməyə çalışıb. O əlavə edib ki, NATO nümayəndələri bu çıxışa ciddi reaksiya verməyiblər.
Zaxarovanın sözlərinə görə, sammit çərçivəsində Ukraynanın "dron razılaşmaları" layihəsi üzrə bir neçə ikitərəfli saziş imzalaması yeganə təsəlli sayıla bilər. O, həmçinin qeyd edib ki, Zelenski ilə NATO-nun baş katibi Mark Rüttenin birgə mətbuat konfransı cəmi dörd dəqiqə davam edib və jurnalistlərin sualları üçün vaxt ayrılmayıb.
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 10 İyul 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















