NATO Xəzərdə nə planlaşdırır? FTX direktorundan şok açıqlama
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“NATO Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzər dənizinə çıxış əldə etməyə çalışır”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Moskvada keçirilən iclasında çıxışı zamanı deyib.
Bortnikov bildirib ki, NATO hazırda Arktika və Baltikyanı regionunda sürətlə möhkəmlənir.
“Təhlükə durmadan artır. NATO Rusiya və Belarus sərhədlərində möhkəmlənir, Arktika və Baltikyanı regionlarına sürətlə daxil olur, Qara dənizdə döyüş, kəşfiyyat və logistika imkanlarını genişləndirməyə çalışır, eyni zamanda, Xəzər dənizinə çıxış əldə etmək imkanları axtarır”, - FTX direktoru bildirib.
Asif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 26 Noyabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















