Xəzərdə suitiləri öldürən MÜƏMMALI AMİL ŞOK İDDİA
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəzər dənizinin Qazaxıstan sahillərində Manqistau Regional Ekologiya Departamentinin mütəxəssisləri tərəfindən nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan 35 suiti cəsədi tapılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, tələf olmuş heyvanlar 19 may tarixində Tupqaraqan rayonu ərazisində, Bautino kəndi və Fort Şevçenko şəhərinin yaxınlığında aşkarlanıb. Ekoloqlar dərhal ərazidən su nümunələri götürərək analizə göndəriblər.
Manqistau Regional Ekologiya Departamenti açıqlama verərək qeyd edib ki, bundan öncə heyvanların tələf olduğu ərazilərdən götürülən su nümunələrində hər hansı zərərli maddəyə rast gəlinməyib.
Qeyd edək ki, cari ilin əvvəllərində də Xəzərin Qazaxıstan sahillərində suitilərin kütləvi ölümü qeydə alınmış, aprelin sonlarından mayın ortalarınadək 300-ə yaxın cəsəd tapılmışdı.
Həmin zaman da Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi mütəxəssisləri ölü suitilərdən götürülən biomaterialları yoxladığını və heç bir infeksion xəstəlik tapılmadığını bəyan etmişdilər. Nazirliyin versiyasına görə, kütləvi ölümlər zəlzələlər nəticəsində yaranan qaz sızmaları kimi təbii proseslərlə bağlı ola bilər.
Xatırladaq ki, Xəzərin Rusiya sahillərində də oxşar suiti ölümləri müşahidə edilib.
Baxış sayı:79
Bu xəbər 20 May 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















