NATO Yunanıstana “Mirage” qırıcılarını Ukraynaya ötürməsi üçün təzyiq edir
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şimali Atlantika Alyansı, əsasən, ABŞ, Fransa və NATO-nun şərq qanadı ölkələri Afinadan bir neçə “Mirage 2000-5” qırıcısını vasitəçi ölkələrə satmasını tələb edir.
APA xəbər verir ki, bu barədə “Kathimerini” nəşri məlumat yayıb.
Nəşrdə bildirilib ki, Afinadan Hərbi Hava Qüvvələrinin, ümumilikdə, 24 ədəd “Mirage 2000-5” döyüş təyyarəsindən bir neçəsini son təyinatçı kimi Ukraynaya vermək üçün vasitəçi ölkələrdən birinə satmağı tələb edirlər. Əgər Yunanıstan təyyarələri satmaq fikrinə gəlsə, Estoniya bu işdə vasitəçi rolunu oynamaq niyyətini bildirib.
Yunanıstan tərəfinin yaxın gələcəkdə yeni fransız “Rafale” döyüş təyyarələrini almaq niyyətində olması “Mirage 2000-5” təyyarələrinin satışını aktuallaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 02 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















