“Naxçıvan diyarının Tunc dövrü dulusçuluq sənəti” adlı kitab çap olunub
Icma.az, 525.az saytına istinadən bildirir.
Tarix elmləri doktoru, dosent Toğrul Xəlilovun “Naxçıvan diyarının Tunc dövrü dulusçuluq sənəti” adlı tədqiqat kitabı işıq üzü görüb.
525.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə olunan 311 səhifəlik kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Abbas Seyidov, rəyçiləri isə tarix elmləri doktoru, professorlar Arif Məmmədov, Ayşe Tuba Ahmet Necati kızı Ökse, Mehmet Ahmet Remzi oğlu Işıklı və Vəfa Mahmudovadır.
Kitabın əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı dediyi ifadələr öz əksini tapır.
Giriş, dörd fəsil, istifadə edilmiş ədəbiyyat siyahısı, ixtisarlar və illüstrativ materiallardan ibarət olan tədqiqat əsəri Naxçıvan diyarının Tunc dövrü dulusçuluq sənətinin öyrənilməsinə həsr edilib. Bu dövrə aid keramika məmulatlarının hazırlanma texnologiyası, təyinatı, tipoloji xüsusiyyəti, naxış motivi, dulusçu emalatxanasının, kürəsinin quruluşu, dulusçuların istifadə etdiyi əmək alətləri və digər aktual məsələlər muzeylərdə, arxeoloji ədəbiyyatlarda olan məlumatlar, arxeoloji qazıntıların hesabatları əsasında sistemli şəkildə öyrənilib.
250 elmi əsərin, 2 monoqrafiyanın, bir neçə kitabın və ümumiləşdirici əsərin həmmüəllifi olan tarix elmləri doktoru, dosent Toğrul Xəlilovun bu yeni kitabı Azərbaycan arxeologiyası ilə bağlı elmi-tədqiqat işlərinin, ümumləşdirici əsərlərin yazılmasında, seçmə kursların tədrisində istifadə üçün mühüm elmi mənbədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 14 Oktyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















