Icma.az
close
up
RU
“Azərbaycanın Naxçıvan diyarının neolit və eneolit mədəniyyətləri” adlı monoqrafiya işıq üzü görüb

“Azərbaycanın Naxçıvan diyarının neolit və eneolit mədəniyyətləri” adlı monoqrafiya işıq üzü görüb

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatı Zeynəb Quliyevanın “Azərbaycanın Naxçıvan diyarının neolit və eneolit mədəniyyətləri” adlı monoqrafiyası nəşr olunub.

Yeni nəşr  “Giriş”, 5 fəsil və “Nəticə”dən ibarətdir. 

Monoqrafiyanın “Neolit və Eneolit dövründə Naxçıvanda təbii-coğrafi şərait” adlı I fəslində Naxçıvanda mövcud olmuş paleocoğrafi, paleoekoloji şərait və paleobotaniki, paleozooloji mühit haqqında məlumat verilib. 

“Neolit dövrü mədəniyyəti” adlı II fəsildə keramikalı Neolit dövrünün erkən, orta və son mərhələləri, hər bir mərhələnin arxeoloji materialları və keramika məmulatlarının tipoloji təhlilləri yer alıb. 

“Eneolit dövrü mədəniyyəti” adlı III fəsildə Eneolit dövründə mövcud olmuş yaşayış yerləri,  əmək alətləri və arxitektura quruluşu hərtərəfli araşdırılıb.

“Cənubi Qafqaz-Yaxın Şərq mədəniyyətləri ilə əlaqələr” və “Neoloit və eneolit tayfalarının təsərrüfatı, ictimai quruluşu və ideologiyası” adlı fəsillərdə isə Cənubi Qafqazın və Yaxın Şərqin qədim əkinçilik mədəniyyətlərinin dövrləşdirilməsində Naxçıvan abidələrinin əhəmiyyəti,  ideologiya və ictimai quruluş kimi məsələlərdən bəhs olunub.

Monoqrafiyada Azərbaycanın ayrılmaz parçası-Naxçıvan diyarının qədim arxeoloji mədəniyyətləri tədqiq edilmiş və dövrləşdirilmişdir. İlk oturaq həyatın başlanması və inkişafını əks etdirən otuza yaxın abidənin arxeoloji materialları əsasında burada lokal mədəniyyətlərin formalaşmasına şərait yaradan təbii-coğrafi mühit, Keramikalı Neolitin 3 mərhələsi, Eneolit dövrü mədəniyyətləri ilə əlaqələr, bu mədəniyyətlərin yayılma arealı və səbəblərini şərtləndirən amillər təhlil edilmişdir. Bu regionda e.ə VII–e.ə IV minilliklərdə mövcud olmuş bir-biri ilə genetik bağlara malik olan Kültəpə mədəniyyəti, Dalmatəpə mədəniyyəti, Ovçulartəpəsi mədəniyyəti, həmçinin Leylatəpə mədəniyyəti əlamətlərini əks etdirən çoxsaylı arxeoloji abidələrin Qərbi Azərbaycan, Mil-Qarabağ, Urmiya hövzəsində yayılmış sinxron mədəniyyətlərlə ortaq xüsusiyyətləri və Cənubi Qafqaz-Yaxın Şərq mədəniyyətləri müstəvisində əhəmiyyətli yeri müəyyənləşdirilmişdir.

“Apostrof-A” nəşriyyatında  işıq üzü görən 348 səhifəlik monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev, rəyçiləri isə AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor Nailə Vəlixanlı, tarix elmləri doktorları və professorlar Nəcəf Müseyibli və Əsədulla Cəfərovdur. 

Zeynəb Quliyevanın “Azərbaycanın Naxçıvan diyarının neolit və eneolit mədəniyyətləri” adlı oxuculara təqdim etdiyi monoqrafiyası tədqiqatçılar, tələbələr, tarixinə arxeoloji faktlarla toxunmağa maraq göstərən geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur. 

Onu da qeyd edək ki, monoqrafiyada cədvəllər, illüstrasiyalar, həmçinin ixtisarların və şərti işarələrin siyahısına da yer verilib. 

S.Həsənov
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri