Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində “Məzun günü” keçirilib

Naxçıvan Dövlət Universitetində “Məzun günü” keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 25 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) təşkilatçılığı ilə Saat Meydanı İstirahət Mərkəzində ali təhsil ocağının tarixində sayca 55-ci “Məzun günü” keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə üniversitetin rəhbər və akademik heyəti, fəxri məzunlar, ziyalılar, ictimai şəxslər, tələbələr və valideynlər iştirak ediblər.

“Məzun günü” universitetin tanıtım videoçarxının nümayişi ilə başlayıb. Sonra musiqi sədaları altında təntənəli məzun keçidi ilə olub.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən dövlət gənclər siyasətindən söz açıb.

Məzunları təbrik edən rektor Elbrus İsayev deyib ki, yarım əsr yaşı olan Naxçıvan Dövlət Universiteti zəngin inkişaf yolu keçib. 1967-ci ildə cəmi 3 ştatda olan müəllim, 3 ixtisas, 102 tələbə ilə fəaliyyətə başlayıb. Bu gün isə ölkədə yeganə kampuslu universitetdir, 108 hektarlıq ərazidə 10 fakültə, 45 kafedra, 524 nəfərlik professor-müəllim heyəti, 12 minə yaxın tələbə kontingenti ilə fəaliyyət göstərir. NDU nəzdində 3 kollec, 1 Beynəlxalq Kembric Məktəbi və 1 İngilis dili Təmayüllü Gimnaziya, 2 tədqiqat institutu, 1 rəsədxana var. Müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsi kimi muxtar respublikada yeganə universitet olaraq 4 istiqamətdə 250-yə yaxın proqram üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayır. Universitetin inkişaf strategiyasında elmin inkişafını dəstəkləyən hədəflər müəyyənləşdirilib, Azərbaycan dili ilə yanaşı, tədrisi ingilis dilində olan ixtisaslar açılıb, beynəlxalq əməkdaşlıqlar gücləndirilib”.

Rektor qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn və xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili yönündə NDU-nun icra olunan fəaliyyətlər çərçivəsində ikili diplom layihələri icra edilir, tədrisə, tədqiqata cəlb edilən əcnəbi professor sayı davamlı artır və birgə elmi tədqiqatlar həyata keçirilir. Universitetdə tələbəyönümlü təhsil sistemi tətbiq olunur, dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələr qurulur, 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbə ilə ölkə universitetləri arasında ön sırada qərarlaşır.

Naxçıvan Dövlət Universitetinin tələbələrinin təhsil göstəriciləri ilə yanaşı, elmi fəaliyyətləri, startap təşəbbüsləri, könüllülük və ictimai fəallıqları ilə də fərqləndiyini qeyd edən rektor, onların beynəlxalq konfranslarda, tələbə təşkilatlarında, sosial layihələrdə qazandıqları uğurlardan söz açıb. Qeyd edib ki, 2025-ci il NDU nəzdində olan təhsil müəssisələri ilə birgə ümumilikdə 2313 məzun təhsilini uğurla başa vurur. Ötən illə müqayisədə 5 faiz artım olub və bu il NDU tarixində təhsil ocağının ən çox məzun buraxılışı kimi tarixə düşür. Eyni zamanda, son 5 ilin göstəricilərinin təhlilinə əsasən universitet məzunlarının 73 faizi əmək bazarında ixtisaslarına uyğun vəzifələrdə çalışırlar. Tələbələrin qazandığı uğurların universitetin inkişaf strategiyasının ən böyük göstəricisi olduğunu qeyd edən Elbrus İsayev, məzunlara yüksək ixtisaslı mütəxəssislər, ölkəmizin böyük ümidlər bəslədiyi gənclər, layiqli vətəndaşlar olmağı arzu edib.

Sonra NDU nəzdindəki Musiqi Kollecinin təqdimatında “Atəşgah” adlı rəqs nömrəsi nümayiş olunub. NDU-nun “ALABANDA” rok qrupunun ifası səsləndikdən sonra, təhsil müddətində ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən məzunlara sertifikat və hədiyyələr təqdim edilib, “Məzun kötüyünə” xatirə lövhəsi vurulub.

Tədbirdə Bakıdan dəvət olunmuş “Mardan” qrupunun ifasında rəngarəng musiqi nömrələri dinlənilib.

Sonda məzunların papaqatma mərasimi və möhtəşəm atəşfəşanlıq olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri