Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində növbəti IELTS imtahanı keçirilib

Naxçıvan Dövlət Universitetində növbəti IELTS imtahanı keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 19 aprel, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən IELTS Qeydiyyat və İmtahan Mərkəzində kompüter əsaslı akademik IELTS imtahanı təşkil olunub.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iki gün davam edən imtahana muxtar respublikada fəaliyyət göstərən müxtəlif qurumların nümayəndələri, universitetin fərqli ixtisaslarından olan tələbələr, müəllimlər, doktoranturaya və NDU nəzdində Beynəlxalq Kembric Məktəbinə iş üçün müraciət etməyi planlaşdıran namizədlər də daxil olmaqla, ümumilikdə 30 nəfər qatılıb.

Müəllimlərin peşə bacarıqlarının artırılaraq günün tələbinə uyğunlaşdırılması, həmçinin dil biliklərinin inkişaf etdirilməsi məqsədi daşıyan IELTS imtahanları imkan verir ki, universitetdə ingilisdilli ixtisasların sayı daha da artsın.

Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində yaradılan mərkəz 2022-ci ilin aprelindən etibarən Britaniya Şurası ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Bu müddət ərzində mərkəzdə artıq 300-ə yaxın müəllim, tələbə və şagird beynəlxalq imtahan verib.

Qeyd edək ki, imtahanda tətbiq olunan bütün sualların hazırlanması və qiymətləndirilməsi Britaniya Şurası tərəfindən həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri