Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib

Naxçıvan Dövlət Universitetində Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Xalq artisti Mənsum İbrahimov və sənətkarın 65 illik yubileyi çərçivəsində Naxçıvanda konsert proqramı ilə çıxış edəcək nümayəndə heyəti ilə görüşüb.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradova, həmin müsabiqənin laureatı Gülzar Fərəcova və universitetin rəhbər şəxsləri iştirak ediblər.

Rektor "Şöhrət" və "Şərəf" ordenli, professor Mənsum İbrahimovu 65 illik yubileyi münasibəti ilə təbrik edib, sənətkarın Azərbaycan muğam sənətinin inkişafında müstəsna xidmətlərindən söz açıb. Elbrus İsayev Xalq artistinin dəfələrlə universitetdə qonaq olduğunu xatırladıb.

Vurğulanıb ki, Mənsum İbrahimovun Azərbaycan muğamının inkişafında xüsusi xidmətləri var və onun zəngin ifaçılıq məktəbi, ustad sənətkarın yetişdirdiyi gənc xanəndələr milli musiqi mədəniyyətimizin gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır.

Görüşdə ali təhsil ocağının kolektivi adından çıxış edən natiqlər Azərbaycan musiqisinin canlı əfsanəsi, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru, Muğam kafedrasının müdiri Mənsum İbrahimov ilə ali təhsil ocağındakı görüşün xüsusi və yaddaqalan olduğunu bildiriblər.

Xalq artisti Mənsum İbrahimov görüşdən məmnunluğunu ifadə edib, ölkəmizdə hər zaman mədəniyyət, incəsənət xadimlərinə xüsusi diqqətin, dövlət dəstəyinin olduğunu vurğulayıb. “Biz sənətdə illərdir ölkəmizin, Qarabağın səsi olduq ” – deyən sənətkar ali təhsil müəssisəsində belə bir görüşün təşkilindən şad olduğunu diqqətə çatdırıb. Qalib ölkənin ifaçılarının yetişdirilməsində pay sahibi olmaqdan böyük qürur duyduğunu söyləyən Mənsum İbrahimov, “Məni Naxçıvana bağlayan çox böyük dəyərlər var” – deyə, qeyd edib.

Rektor Elbrus İsayev Mənsum İbrahimova “Naxçıvan Dövlət Universitetinin Fəxri professoru” diplomunu təqdim edib, Azərbaycan milli musiqi alətlərinin yağlı boya ilə çəkilmiş rəsm əsərini hədiyyə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri