Icma.az
close
up
RU
ADU da Mənsum İbrahimovla görüş keçirildi FOTOLAR

ADU da Mənsum İbrahimovla görüş keçirildi FOTOLAR

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycan Dillər Universitetində (ADU) “Milli musiqi mədəniyyətimizlə bağlı söhbətlər” layihəsi çərçivəsində Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri Mənsum İbrahimovla görüş keçirilib. Layihənin ilk qonağı olan Mənsum İbrahimovu universitetin rektoru Xalq yazıçısı, akademik Kamal Abdulla, müəllim və tələbə heyəti qarşılayıb.

Gununsesi.info xəbər verir ki, tədbirdə “Qarabağ” muğam ansamblı iştirak edib.

Rektor Kamal Abdulla çıxışında layihənin ADU ilə Azərbaycan Milli Konservatoriyası arasında mədəni körpü rolunu oynayacağını bildirib. O, universitetin son illərdə QS reytinqlər cədvəlində böyük uğur qazandığını, universitetdə 20-dən çox xarici dilin tədris olunduğunu və həmin dillərə uyğun mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib. Rektor, həmçinin Pakistan, Rusiya, Çin, Serbiya, Rumıniya, Macarıstan, Çeçenistan və Belarusiya kimi ölkələrdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti mərkəzlərindən danışıb. Bildirib ki, bu mərkəzlər vasitəsilə Azərbaycan dili, mədəniyyəti, musiqisi və tarixi xarici tələbələrə tədris olunur.

Kamal Abdulla qeyd edib ki, universitet gələcəkdə həmin ölkələrdə ictimai-mədəniyyət xadimlərinin iştirakı ilə görüşlər təşkil etməyi planlaşdırır. O, həmçinin konsert proqramlarında mətnlərin tərcüməsinə dəstək göstərə biləcəklərini, xarici səfərlər zamanı Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Universitetin Qarabağ müharibəsi dövründə 20-dən çox ölkəyə Azərbaycan həqiqətləri ilə bağlı məktublar göndərdiyini xatırladan rektor, məzunlarla əlaqələrin davam etdiyini və Şəki, Qax, Qəbələ, Zaqatala, Balakən rayonlarında müəllim kimi çalışan məzunlarla keçirilən görüşləri də bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.

Xalq artisti Mənsum İbrahimov çıxışında layihədə ilk iştirakçısı olmaqdan məmnunluğunu ifadə edib. O, Milli Konservatoriya ilə ADU arasında bu əməkdaşlığın davamlı olacağına inandığını bildirib və Muğam-xanəndə kafedrasının müdiri kimi Azərbaycanda keçiriləcək 9-cu muğam televiziya müsabiqəsinin seçim mərhələlərinin artıq başlandığını qeyd edib. Mənsum İbrahimov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu layihəyə dəstəyini xüsusi vurğulayaraq, Qarabağda artıq güllə səslərinin deyil, muğamın səsləndiyini sevinclə bildirib.

Konsert proqramı tələbə və müəllim heyəti tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:375
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Aprel 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri