Icma.az
close
up
RU
Naxçıvan dünya əhəmiyyətli logistik mərkəzə və strateji plasdarma çevriləcək ŞƏRH

Naxçıvan dünya əhəmiyyətli logistik mərkəzə və strateji plasdarma çevriləcək ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı etdiyi açılışlar, xüsusilə bölgənin gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər və ardınca imzaladığı Sərəncam göstərir ki, ölkəmizin müəyyən təhdidlərə həssas olan bu bölgəsini tamamilə fərqli perspektiv gözləyir. Naxçıvanı hazırda milli potensialın yönəldildiyi, gələcəkdə isə bu potensialın daha da artırılmasına xidmət edən dünya əhəmiyyətli logistika mərkəzinə və strateji plasdarmın əsaslarından birinə, bəlkə də ən mühümünə çevirmək niyyətindəyik və bunu həyata keçirəcəyik. Çünki bunun üçün zəruri resurslar, ən əsası isə siyasi iradə var. Məhz həmin siyasi iradə ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç böyük dövlətin mövqeyinə baxmayaraq, torpaqlarımızın işğaldan azad edilməsini, Qarabağ üzərində tam suverenliyimizin bərpa olunmasını və nəhayət, Minsk qrupunun özünün fəaliyyətinə xitam verilməsini təmin etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın Atabəylər dövlətinin paytaxtı olmasını heç də təsadüfən xatırlatmırdı. Bununla dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevi yetişdirən Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğuna və bundan sonra da ölkənin qüdrət rəmzlərindən biri olaraq qalacağına diqqət çəkirdi. Təsadüfi deyil ki, dövlətimizin başçısı Naxçıvanda aparılan quruculuq işlərindən, həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrdən danışarkən “Bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır” deyərək bölgənin həm tarixi, həm də gələcək baxımdan strateji əhəmiyyətini vurğulayıb.

Böyük Səlcuq imperiyasının parçalanmasından sonra Azərbaycan, İran, İraq və Şərqi Anadolunun bir hissəsini əhatə edən qüdrətli Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvanda bu fikirlərin səsləndirilməsi, şübhəsiz ki, xüsusi məna daşıyır. İstər qonşu ölkələrin, istərsə də Qərbdəki dairələrin bu mesajları düzgün qiymətləndirməsi vacibdir. Xüsusilə Ermənistanda nəzərə alınmalıdır ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının üçtərəfli Bəyanatda əksini tapmasını, həmin sənədi kapitulyasiya aktı kimi qiymətləndirməsini, dəhlizin açılmasının bilərəkdən ləngidildiyini, Vaşinqton Sülh Sammiti ərəfəsində ABŞ ilə aparılan müzakirələrdə bu məsələnin ayrıca gündəmə gətirildiyini və Prezident Donald Trampla son telefon danışığında dəhlizin tikintisinə nə vaxt başlanacağının müzakirə edildiyini təsadüfən vurğulamırdı. Eyni yanaşma onun Metsamor Atom Elektrik Stansiyası ilə bağlı fikirlərinə, Zəngəzur dəhlizi boyunca elektrik xətlərinin çəkilməsi və iki ölkənin enerji sistemlərinin sinxronlaşdırılması məsələlərinə də aiddir. Azərbaycanın Ermənistanın enerji qıtlığı ilə üzləşəcəyi təqdirdə ona yardım göstərə biləcəyini bildirməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

“Ermənistanda geosiyasi vurnuxmaların növbəti mərhələsinə keçildiyi hiss olunur. Azərbaycan Prezidentinin bu fikirləri qarşılıqlı asılılığa, coğrafiya ilə enerjinin vəhdətinə əsaslanan, Ermənistanın normal dövlət kimi fəaliyyət göstərməsinə və öz milli maraqlarından çıxış etməsinə imkan verən dayanıqlı sülh təklifidir. Bu sülh təklifini Naxçıvandakı Əlahiddə Ordusu bütövlükdə Ermənistanın Silahlı Qüvvələrindən daha güclü olan və tarixin dərinliklərindən gələn dövlətçilik təcrübəsinə malik bir millətin lideri irəli sürür. Dövlətimizin başçısının sözügedən məsələlərlə bağlı söylədikləri, məncə, təkcə təklif deyil, həm də xəbərdarlıqdır. Onun xəbərdarlıqlarının düzgün qiymətləndirilməməsinin hansı nəticələrə gətirib çıxardığını isə qonşu ölkədə dəfələrlə görüblər”, - deyə S.Alıyev əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri