Icma.az
close
up
RU
Strateji əhəmiyyətli Kəlbəcər iqtisadi mərkəzə çevriləcək

Strateji əhəmiyyətli Kəlbəcər iqtisadi mərkəzə çevriləcək

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Məşhur Məmmədov
Millət vəkili

25 noyabr Kəlbəcər sakinləri üçün çox önəmli bir gündür. Bu gün Kəlbəcər şəhərinin işğaldan azad olunmasının tarixidir. 2020-ci ilin noyabr ayında, 27 illik işğaldan sonra Kəlbəcər azad edilib. Bu tarix, həm də Azərbaycanın gücünü və dövlət-xalq-ordu birliyini, xalqın əzmini nümayiş etdirən bir gündür.

Kəlbəcər, Azərbaycan xalqının tarixi və mədəni irsinin zəngin olduğu bir bölgədir. Dağlarla əhatə olunmuş və gözəl təbiəti ilə tanınan bir yer olub, çox sayda tarixi abidələrə, məscidlərə və təbiət mənzərəsinə, təbii sərvətlərə sahibdir. Kəlbəcərin yerləşdiyi ərazi həm də Azərbaycanın strateji əhəmiyyətə malik bölgələrindən biridir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərin ərazisinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
Bu baxımdan, şəhərin işğalı, yalnız yerli əhalinin yox, bütün Azərbaycan xalqının böyük bir itkisi idi. Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Dağıdılmış rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı.
BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və

Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi. Nədənsə, özlərini ədalət carçısı, demokratik hesab edən beynəlxalq təşkilatlar da Qətnamənin icrasını tələb etmədi.

Bundan ürəklənən Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti apardı. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.
Vətən Müharibəsi ilə sübut etdik ki, qloballaşan dünyada Qətnamələr yox, güclər itirilən torpaqları geri aldı. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.

Cənab prezident İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq.

Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu.

Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

2020-ci ilin noyabrında Kəlbəcər işğaldan azad edildikdən sonra, prezident İlham Əliyev bu ərazinin bərpası və yenidən qurulmasına ciddi diqqət yetirir.

Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.

Bölgədə infrastruktur yenidən qurulur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 67,5 faizi tamamlanıb. Yolun uzunluğu 82 kilometrdir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir.

Bölgənin enerji ehtiyatlarından səmərəli istifadə edilir. Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri və görülən işlər də sübut edur ki, Kəlbəcərin yenidən qurulması üçün mühüm addımlar atılıb. Prezident İlham Əliyev Kəlbəcər və ətraf bölgələrin bərpası ilə bağlı xüsusi layihələrin icrası üçün sərəncamlar imzalayıb. Bu layihələrə şəhərsalma, infrastrukturun yenilənməsi, su və elektrik təchizatı, yaşayış binalarının tikintisi və sosial obyektlərin qurulması daxildir.
Kəlbəcərin bərpası yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Dövlət tərəfindən göstərilən dəstək, həyata keçirilən layihələr sayəsində regionun iqtisadi inkişafı sürətlənir.

Kəlbəcər şəhəri günü yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Bu tarix Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü təmin etmək üçün göstərilən səylərin xatırlanmasıdır. Kəlbəcərin azad olunması, təkcə bu şəhərin sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük bir qələbə simvoludur.

Gələcəkdə Kəlbəcər, sadəcə mədəni-tarixi abidələrə və təbii sərvətə sahib bir rayon olmaqla qalmayacaq, həm də Azərbaycanın iqtisadi inkişafına töhfə verəcək bir mərkəzə çevriləcək. Buradakı bərpa işləri, strateji əhəmiyyətli rayonu daha da inkişaf etdirəcək.

25 noyabr Kəlbəcər Şəhəri Günü, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və dövlət-ordu-xalq birliyinin bariz nümunəsi olaraq gələcək nəsillərə örnək olacaq.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Noyabr 2024 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri