Icma.az
close
up
RU
“Naxçıvan Əlyazmalar Fondundakı fars, ərəb və türkdilli əlyazma və çap kitablarının kataloqu” işıq üzü görüb

“Naxçıvan Əlyazmalar Fondundakı fars, ərəb və türkdilli əlyazma və çap kitablarının kataloqu” işıq üzü görüb

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Kataloqda AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda mühafizə olunan fars, ərəb, türkdilli əlyazma və çap kitablarının qısa təsviri verilib. Elmin müxtəlif sahələrinə aid olan bu kitabların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən toplanılıb.

Kataloqda təqdim olunan kitabların çap olunduğu yerlər, onların ərsəyə gəlməsində xidməti olan müxtəlif sənətkarlar, eyni zamanda əsərlərin müəllifi, katibi, toplayanı, dili, xətti, ölçüsü haqqında məlumatlar əksini tapıb.

Kataloq üç bölmədən ibarətdir. Birinci bölmədə farsdilli, ikinci bölmədə ərəbdilli, üçüncü bölmədə isə türkdilli əlyazma və çap kitablarının təsviri verilib. Üçüncü bölmə 2 hissədən ibarətdir. 

Birinci hissəyə daxil edilən kitablar “Bədii ədəbiyyat”, “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix və ictimaiyyət”, “İlahiyyat və fəlsəfə”, “Pedaqogika, dərslik və dərs vəsaitləri” başlıqlarında qruplaşdırılıb. 

İkinci hissə isə latın əlifbasında olan kitablardan ibarətdir. 

“Elm” nəşriyyatında işıq üzü görən 260 səhifəlik kataloqun elmi redaktoru AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Teymur Kərimli, rəyçiləri AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov, tərtibçiləri isə Fondun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, Kübra Vəliyeva və  Fəxrəddin Eylazovdur.

Türk-islam mədəniyyətinin daşıyıcıları olan bu qədim əlyazma və çap kitablarının ətraflı tədqiqi baxımından kataloqun əhəmiyyəti böyükdür.

Kataloq şərqşünaslıq fakültələrinin tələbələri, müəllim və mətnşünaslar üçün dəyərli mənbədir. 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see220

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see217

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see195

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see189

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see156

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri