Icma.az
close
up
RU
“Naxçıvan şivələrinin frazeoloji lüğəti” adlı kitab işıq üzü görüb

“Naxçıvan şivələrinin frazeoloji lüğəti” adlı kitab işıq üzü görüb

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl və Dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyevanın birgə müəllifliyi ilə hazırlanmış “Naxçıvan şivələrinin frazeoloji lüğəti” kitabı nəşr olunaraq elmi ictimaiyyətin, dilçilik mütəxəssislərinin və geniş oxucu kütləsinin istifadəsinə verilib.

525.az xəbər verir ki, frazeoloji vahidlər yalnız dil faktı deyil, həm də onu yaradan xalqın dünyagörüşünü, düşüncə tərzini, adət-ənənələrini, məişət xüsusiyyətlərini və mənəvi dəyərlərini əks etdirən mühüm dil qatıdır. Bu baxımdan Naxçıvan bölgəsinin şifahi dil ənənələrində qorunub saxlanılan frazeoloji materialların sistemli şəkildə toplanması və elmi dövriyyəyə gətirilməsi regionun dil irsinin öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

“Apostrof-A” nəşriyyatında çap olunan, 340 səhifədən ibarət lüğətin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur. Nəşr ön söz, materialların toplanıldığı yaşayış məntəqələrinin siyahısı və lüğət hissələrindən ibarətdir. Bu quruluş oxuculara həm lüğətin elmi-metodoloji əsasları, həm də frazeoloji vahidlərin coğrafi arealını ardıcıl şəkildə izləmək imkanı yaradır.

Lüğətdə Naxçıvan şəhəri və Babək, Culfa, Kəngərli, Ordubad, Şərur, Şahbuz və Sədərək rayonlarının müxtəlif yaşayış məntəqələrindən toplanmış frazeoloji vahidlər əhatə olunub. Yaşayış məntəqələrinin ayrı-ayrılıqda göstərilməsi materialların konkret mənşəyini müəyyənləşdirmək baxımından tədqiqatçıların işini xeyli asanlaşdırır.

Nəşrdə Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində işlənən və məhəlli xarakter daşıyan 20 minə yaxın frazeoloji ifadə toplanıb. Lüğətin tərtibi uzun illər aparılmış dialektoloji ekspedisiyalar zamanı əldə edilən zəngin danışıq materialları əsasında həyata keçirilib. Hazırlıq prosesində həm yazılı mənbələrdən, həm də canlı danışıq materiallarından geniş istifadə olunub.

Kitabın əsas məqsədi Naxçıvan şivələrində bu günədək şifahi şəkildə yaşamaqda davam edən frazeoloji sərvəti yazılı şəkildə qorumaq, sistemləşdirmək və elmi dövriyyəyə daxil edərək gələcək nəsillərin istifadəsinə verməkdir. Lüğət dilçilik, folklor, etnoqrafiya, tarix və mədəniyyət sahələrində çalışan tədqiqatçılar üçün zəngin material təqdim etməklə yanaşı, Azərbaycan dilinin dialekt və şivələrinə maraq göstərən geniş oxucu auditoriyası üçün də dəyərli mənbədir.

“Naxçıvan şivələrinin frazeoloji lüğəti” regionun dil irsinin qorunması və təbliği istiqamətində mühüm elmi addım olmaqla yanaşı, Azərbaycan dilçiliyinə verilən əhəmiyyətli töhfələrdən biri kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri