Naxçıvan Heirs of East komandası VIII Respublika Robot Olimpiadasının qalibi olub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Naxçıvan, 28 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzinin "Heirs of East" komandası yeniyetmə və gənclər arasında keçirilən VIII Respublika Robot Olimpiadasında ROBOSport kateqoriyası üzrə qalib olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, komanda bu il noyabrın 26-28-də Sinqapurda keçiriləcək XXII Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək.
Olimpiada Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə təşkil olunub.
Milli Gimnastika Arenasında 3 gün davam edən olimpiadada 8-19 yaşadək yeniyetmə və gənclər 4 kateqoriya - “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” üzrə yarışıblar. Ümumilikdə bu kateqoriyalar üzrə ölkənin 20 şəhər və rayonundan 252 komanda qeydiyyatdan keçib. Komandaların hazırlıq səviyyəsinin monitorinqindən sonra 153 komanda final mərhələsində iştirak etmək hüququ qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 28 Sentyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















