Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Naxçıvan regional inkişafın ön mövqeyində

Naxçıvan regional inkişafın ön mövqeyində

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Müasir iqtisadi inkişaf modeli yalnız istehsal və ticarətin artımı ilə yox, həm də ekoloji, sosial və logistik baxımdan dayanıqlı sistemlərin qurulması ilə qiymətləndirilir. Azərbaycanın mühüm bölgələrindən olan Naxçıvan Muxtar Respublikası da hazırda bu baxımdan uğurlu inkişaf dövrünü yaşayır. Xüsusən də Azərbaycanın Türkiyə ilə yeganə quru sərhədinin muxtar respublikanın ərazisindən keçməsi Zəngəzur dəhlizinin reallaşdırılması fonunda İpək yolunun üzərində yerləşən Naxçıvanın strateji əhəmiyyətini daha da artırır.

“Naxçıvan Muxtar Respub-likasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bölgənin iqtisadi inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilir. Hazırda muxtar respublika mərkəzi dotasiyadan asılılığını aradan qaldırmağı və özünü maliyyələşdirə biləcək bir regiona çevrilməyi qarşısına hədəf qoyub. Bunun üçün bölkənin logistik imkanlarını daha da işlək vəziyyətə gətirəcək real addımlar atılır, yeni infrastruktur layihələri reallaşdırılır, ölkə başçısının diqqət və tapşırığı ilə müasir sənaye parkları yaradılır, muxtar respublika “yaşıl” enerji bölgəsinə çevrilir. Türkiyə ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, yeni logistik dəhlizlərin çəkilməsi və ticarət yollarının inkişaf etdirilməsi istiqamətində mühüm hədəflər müəyyənləşdirilib və icrasına başlanılıb.

Son illər aparılan təşviqat işləri perspektivdə Naxçıvanda investrolar üçün yeni üfüqlərin açılmasını ehtiva edir. Belə ki, bölgənin iqtisadi potensialını artırmaq üçün burada azad iqtisadi zonanın yaradılması istiqamətində işlər aparılır. Bu model Naxçıvanda xüsusi vergi və gömrük güzəştlərinin tətbiqini nəzərdə tutur. Həmçinin Şərur Sənaye Parkı ilə yanaşı, Naxçıvanda yeni sənaye parkının yaradılması istiqamətində işlərə başlanılıb. Bütün bunlar muxtar respublikanı yerli və xarici investorlar üçün də cəlbedici məkana çevirir.

Naxçıvanda aparılan islahatlar fəal vergi ödəyicilərinin sayının artması ilə müşayiət olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin ilk rübündə muxtar respublikada vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artaraq 20 min 192-yə çatıb. Bununla yanaşı, hesabat dövründə vergi ödəyicilərinin sayı 6005 olub ki, bu da əvvəlki ilin eyni dövründəkindən 18,9 faiz çoxdur. İşlək obyektlərin sayı isə 7,6 faiz artaraq 572-yə çatıb. Bütün bu artımlar, ümumilikdə, muxtar respublika iqtisadiyyatının inkişafına xidmət edir.

Naxçıvan Muxtar Respublikasının ümumi inkişafını xarakterizə edən digər göstəricilər də uğurludur. Bu ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 27 milyon 457 min 60 ABŞ dolları təşkil edib. Bunun da 2 milyon 611 min 380 dolları və ya 9,5 faizi ixracın, 24 milyon 845 min 680 dolları və ya 90,5 faizi isə idxalın payına düşüb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 10,2 faiz, o cümlədən ixrac 1,5 faiz, idxal isə 11,2 faiz artıb.

Cari ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə, ayrılmış güzəştli kreditlərin məbləği isə 6,5 dəfə artıb. Ümumilikdə, fondun ehtiyatları hesabına sahibkarlıq subyektlərinə müəyyən edilmiş prioritet istiqamətlər üzrə il ərzində 25 milyon manatadək maliyyələşdirilmə hədəflənib.

Bütün bunlar onu deməyə əsas verir ki, özünəməxsus coğrafi mövqeyi və iqtisadi potensialı ilə seçilən Naxçıvan artıq regionun yeni investisiya, logistik və ticarət mərkəzlərindən birinə çevrilməkdədir. Son illər burada ölkənin iri ticarət şəbəkələrinin fəaliyyətə başlaması Zəngəzur dəhlizinin perspektivləri ilə birlikdə bu inkişafı daha da sürətləndirir. Əvvəllər, əsasən, yerli bazarlara və kiçik ticarət obyektlərinə əsaslanan Naxçıvan bazarı son dövrlərdə dəyişməkdədir. Hazırda burada fəaliyyət göstərən iri ticarət və xidmət şəbəkələri istehlakçılara həm geniş seçim, həm də yeni iş imkanları yaradır.

Yeri gəlmişkən, Naxçıvanın təmiz ekoloji mühiti belə ticarət şəbəkələrini daha məsuliyyətli fəaliyyət göstərməsini zəruri edir. Belə ki, qablaşdırmada plastikdən az istifadə, tullantıların düzgün çeşidlənməsi və enerji səmərəliliyi kimi məsələlərə xüsusi diqqət yetirilir. Muxtar respublika üzrə sosial dayanıqlılığın təminatına mühüm töhfələr verən iri ticarət şəbəkələri yüzlərlə insana iş imkanı yaradıb. İri şəbəkə marketlərinin bəzi yerli kiçik sahibkarlar üçün çətinlik törətməməsi üçün düzgün tənzimləmə həyata keçirilməlidir ki, bu da muxtar respublikada iqtisadi dayanıqlılığı təmin etməklə Naxçıvan istehsalı olan məhsullarının satış həcmini artırmaq üçün əlavə imkanlar yaradır. Bununla yanaşı, ticarət şəbəkələrinin sayının artması məhsulların satışında sağlam rəqabət mühiti formalaşdırır. Ən nəhayət, perspektivdə Zəngəzur dəhlizinin reallaşması Naxçıvanı təkcə Azərbaycanın daxili bazarında deyil, beynəlxalq logistik qovşaq kimi də ön plana çıxaracaq. Bu, həm də Naxçıvan məhsulları üçün daha geniş ixrac potensialı yaradar.

Göründüyü kimi, Naxçıvan Muxtar Respublikası təkcə coğrafi baxımdan deyil, həm də iqtisadi və logistik imkanlar baxımından strateji əhəmiyyətə malikdir. Burada şəbəkə marketlərinin dayanıqlı və məsuliyyətli şəkildə fəaliyyəti regionun iqtisadi inkişafını daha da gücləndirəcək. Zəngəzur dəhlizi kimi layihələrin reallaşması isə bu prosesi beynəlxalq səviyyəyə daşıyacaq. Eyni zamanda, bölgənin strateji coğrafi mövqeyi, azad iqtisadi zona kimi inkişaf perspektivi və artan investisiya axını onu regional və beynəlxalq ticarət mərkəzinə çevirəcək.

Röyal MƏMİYEV,
Naxçıvan Televiziyasının baş redaktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyun 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri