Icma.az
close
up
RU
“Naxçıvana hücum regionda təhlükəsizliyi daha da gərginləşdirir”

“Naxçıvana hücum regionda təhlükəsizliyi daha da gərginləşdirir”

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“İran tərəfindən Naxçıvan Muxtar Respublikasının hava limanına qarşı dron hücumunun həyata keçirilməsi qətiyyətlə pislənməli olan son dərəcə təhlükəli addımdır. Müharibədə tərəf olmayan qonşu dövlətin mülki vətəndaşlarının istifadə etdiyi hava limanı kimi infrastrukturu hədəfə almaq yalnız hərbi-siyasi baxımdan deyil, həm də humanitar prinsiplər baxımından qəbuledilməzdir”.

Gununsesi.info bildirir ki, bunu deputat Razi Nurullayev deyib:

“Bu cür addımlar regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirir və dövlətlər arasında etimadın ciddi şəkildə zədələnməsinə səbəb olur.

Azərbaycan dövləti bütün dövrlərdə qonşularla münasibətlərdə məsuliyyətli və balanslı siyasət yürüdüb, mehriban qonşuluq prinsiplərinə sadiq qalıb. Azərbaycanın ərazisi heç vaxt İrana və ya başqa bir ölkəyə qarşı istifadə olunmayıb. Əksinə, Azərbaycan həmişə regionda sabitliyin və əməkdaşlığın tərəfdarı kimi çıxış edib. Belə bir şəraitdə mülki infrastruktura qarşı bu cür hücumların baş verməsi təəssüf və qəzəb doğurmaqla yanaşı, ciddi suallar yaradır.

Bu hadisənin başqa bir mühüm tərəfi də var. İran ərazisində, xüsusilə Cənubi Azərbaycanda milyonlarla azərbaycanlı yaşayır. Onlar həmin ölkənin vətəndaşları olmaqla yanaşı, öz milli kimliklərini, dil və mədəniyyətlərini qorumağa çalışan böyük bir toplumdur. Naxçıvana qarşı belə bir hücum, təbii ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hisslərinə də təsirsiz qalmayacaq. Çünki söhbət onların etnik, mədəni və tarixi bağlılıq hiss etdikləri bir ölkəyə qarşı edilən addımdan gedir.

Uzun illərdir Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların dil, mədəniyyət və ictimai fəaliyyətlə bağlı hüquqları ilə əlaqədar müxtəlif narahatlıqlar səslənir. Belə hadisələr isə həmin narahatlıqları daha da artırır və təbii olaraq insanlarda öz hüquqlarını daha açıq və daha qəti şəkildə tələb etmək ehtiyacını gücləndirir. Müasir dünyada xalqların kimliyinə, dilinə və mədəniyyətinə hörmət edilməsi dövlətlərin sabitliyi üçün əsas amillərdən biridir”.

Deputat qeyd edib ki, regionda sabitlik yalnız qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və dinc yanaşmaya əsaslanan siyasətlə mümkündür:

“Müharibəyə cəlb olunmayan qonşu dövlətə qarşı hücumlar isə nə təhlükəsizliyə, nə də regional əməkdaşlığa xidmət edir. İnanıram ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bundan sonra da öz vətəndaşlarının təhlükəsizliyini qorumaqla yanaşı, regionda sülh və sabitliyin qorunması üçün prinsipial mövqe nümayiş etdirəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Mart 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri