Naxçıvanda 2 tibb müəssisəsi cərimələnə bilər
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan Səhiyyə Nazirliyinin “Qan Bankı və Qan Köçürmə Mərkəzi” publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublika Xəstəxanası cərimlənə bilər.
Modern.az-ın məlumatına görə, tibb müəssisələri barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
“Respublika Qan Bankı və Qan Köçürmə Mərkəzi” nin işinə hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq.
Naxçıvan Muxtar Respublika Xəstəxanası üzrə iş isə hakim Gülsüm Əliyevanın icraatına verilib.
Hər iki işə Naxçıvan Şəhər Məhkəməsində baxılacaq.
Protokollar təsdiq edilərsə, hər iki tibb müəssisəsi beş min manat məbləğində cərimələnəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 03 Dekabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















