Icma.az
close
up
RU
Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Icma.az bildirir, Marja.az portalına istinadən.

Naxçıvan Muxtar Respublikasında hər bir rayonunun əmək və xammal ehtiyatlarından səmərəli istifadə yolu ilə yeni istehsal və xidmət sahələrinin yaradılması davam etdirilir. Bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində 2025-ci ilin yanvar-sentyabr ayları ərzində müxtəlif təyinatlı 107 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Dövlət maliyyə dəstəyi və özəl investisiyalar hesabına reallaşdırılan layihələr arasında xüsusilə çörək və un məmulatları, mebel, tikinti materialları, içki və qida məhsulları istehsalı üzrə yeni müəssisələr xüsusi yer tutur.

Hazırda muxtar respublika üzrə ümumilikdə 90 layihə çərçivəsində işlər davam etdirilir. Onlardan 38-i yeni yaradılan, 52-si isə mövcud fəaliyyətin genişləndirilməsinə yönəlib.

Sahibkarlara investisiya təşviqi sənədi verilib

Naxçıvanda investisiya təşviqi mexanizmləri vasitəsilə sahibkarlığın inkişafına dəstək göstərilməsi məqsədilə cari ilin 9 ayı ərzində 2 sahibkarlıq subyektinin 2 layihəsinə investisiya təşviqi sənədi və 4 təsdiqedici sənəd verilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 600,4 min manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub. Təqdim edilən təsdiqedici sənədlər əsasında Çin və Türkiyədən müasir texnoloji avadanlıqlar idxal edilib.

Bu layihələr hesabına 130 yeni iş yerinin açılacağı nəzərdə tutulur.

9 ayda 36 lisenziya verilib

2025-ci ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlara 36 lisenziya verib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə,verilmiş lisenziyalar əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, attraksionların istismarı, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, baytarlıq preparatlarının satışı, özəl baytarlıq xidməti, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, sürətli poçt fəaliyyəti üzrə sahələri əhatə edib.

Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 6500 icazə reyestrdə qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 96,6 faiz çoxdur. İcazələrdən daxilolmaların məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 min 613 manat və ya  52,7 faiz artaraq 152 min 423 manat olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://marja.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri