Icma.az
close
up
RU
Naxçıvanda 31 il əvvəl şəhid olmuş əsgərin qarşılanma mərasimi keçirildi

Naxçıvanda 31 il əvvəl şəhid olmuş əsgərin qarşılanma mərasimi keçirildi

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ordusunun 31 il öncə şəhid olmuş hərbi qulluqçusunun nəşi el-obasına gətirilib.

Bakıvaxtı.az-ın “Report”a istinadla xəbərinə görə, 1994-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olmuş, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd sakini Məmmədov Muxtar Bayram oğlunun nəşi işğaldan azad edilmiş ərazilərdə tapılaraq mayın 16-da Naxçıvana gətirilib.

Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olub. Mərasimdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.

Şəhidin üçrəngli Azərbaycan bayrağına bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Tədbir iştirakçıları şəhidin xatirəsini dərin ehtiramla yad ediblər.

Mərasimdə yaylım atəşi açılıb, Qurandan ayələr oxunub və şəhidin cənazəsinin önündən keçilib.

Şəhid doğulduğu Sədərək rayonunun Dəmirçi kəndində vida mərasimi keçirildikdən sonra Şərur şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 May 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri